Accessibility links

Seymur Həzinin məhkəməsində “zərərçəkmiş” istintaqı təkzib edib [Video]


Jurnalist Seymur Həzinin məhkəməsi davam edir
please wait

No media source currently available

0:00 0:01:48 0:00

Jurnalist Seymur Həzinin məhkəməsi davam edir

Növbəti iclas 26 dekabr saat 15-ə təyin edilib

"Azadlıq” qəzetinin və “Azərbaycan saatı” İnternet kanalının icmalçısı Seymur Həzinin məhkəməsində şahidlər dindirilib. Proses Abşeron rayon Məhkəməsində hakim Şövkət Nəcəfovun sədrliyi ilə keçirilir.

Xatırladaq ki, jurnalist Cinayət Məcəlləsinin 221.3-cü (Silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) maddəsi ilə ittiham olunur. Avqustun 29-da Ceyranbatan qəsəbəsində avtobus dayanacağında naməlum şəxs jurnalistə yaxınlaşıb və onu təhqir etməyə başlayıb, facebook-da ona cavab verməyi tələb edib. Daha sonra o, yumruqla Həziyə hücum edib və jurnalisti döyməyə başlayıb. Özünümüdafiə məqsədilə Həzi hücum edən şəxsə əlindəki butılka ilə zərbə endirib. Elə həmin an polis gəlib, Həzini saxlayıb və şöbəyə aparıb.

İş üzrə iki şahid istintaqın onların adından verdiyi ifadələri təkzib ediblər. Belə ki, Natiq Ağaverdiyev bildirib ki, çayxanada oturmuşdu və küçədə səs-küyə çıxıb. “Biz çıxanda kimi isə maşına mindirib apardılar. Protokolda mənim adımdan yazılanlar doğru deyil, mən belə bir şey deməmişəm və yazmamışam. Mən çıxanda orada sahə müvəkkili dayanmışdı, o, məndən “Gördün?” deyə soruşdu, “Yox”, dedim, amma məni polisə apardılar. Orada mayor var idi, o, mənim yerimə ifadələri yazdı və imzalamağımı istədi.

Mən latın əlifbası ilə yaza bilmirəm və mayordan dediklərimi yazmağı, heç nə əlavə etməməyi xahiş etdim, o da məni məhz belə yazdığına inandırdı”, deyə şahid bildirib.

İş üzrə ikinci şahid – Akif Mustafayev də demək olar ki, eyni igfadəni verib. "Biz yalnız kimin isə Post Patrul Xidmətinin avtomobilində aparıldığını gördük".

Daha sonra vəkillər “zərərçəkmiş” Məhərrəm Həsənova sual verməyə başlayıblar. Məlum olub ki, bu şəxs facebook-un nə olduğunu bilmir və ondan istifadə edə bilmir. Belə ki, o, facebook-dakı səhifəsinin hansı dildə olduğu, orada hansı materialların olduğu, kimə və nə vaxt yazdığı, ona kimlərin yazdığı, dostlar siyahısında kimlərin olduğu və s. haqqında sualları cavablandıra bilməyib.

Ən maraqlısı odur ki, o, məhkəmədə facebook-da səhifə açmadığını və Seymur Həziyə heç nə yazmadığını bildirib.

Gülməli olsa da Məhərrəm Həsənovun Facebook dostlarının siyahısında vəkillər Elton Quliyev, Namizəd Səfərov və digər tanınmış insanların adı yer alır. O hətta vəkil Adil İsmayılovun 143 dostu ilə "dostluq" edir.

Həsənov vəkilin "Siz səhifənizin parolunu bilirsiniz?", "Səhifənizdə divar şəkili barədə nə deyə bilərsiniz?" suallarının cavabında parolunu bilmədiyini və səhifəsini açanda "qara bir şey" gördüyünü deyib. Bu isə salonda gülüşlə qarşılanıb.

Vəkillər onun adına, doğum tarixinə uyğun profildən çıxarılmış şəkilləri nümayiş etdirib. Bu zaman Həsənov deyib ki, "bu mənim səhifəmdir". Lakin həmin səhifədə Xalq Hərəkatının lideri Əbülfəz Elçibəyin şəkili görünür.

Həsənov həmçinin bir nəfər belə yaxın Facebook dostunun adını çəkə bilməyib.

Bundan sonra vəkil Adil İsmayılov hakimdən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə sorğu göndərməyi və Məhərrəm Həsənovun adından səhifəni kimin açdığını aydınlaşdırmağı xahiş edib. Lakin prokuror buna etiraz edib. O deyib ki, “bu, şəxsi həyat sirridir”. Hakim prokurorun fikrini dəstəkləyib.

Hakimin qərarının müqabilində vəkillər məhkəmə zalında Məhərrəm Həsənovun Facebook səhifəsində Həzi ilə yazışmasının nümayiş etdirilməsi barədə vəsatət qaldırıb. Prokuror və hakim bunu da "şəxsi sirlərə" aid edib və təmin etməyib.

Vəkil Elton Quliyev Həsənovun Həzi ilə yazışmasının ittihamın sübutu üçün əsas olduğunu məhkəmə heyətinin yadına salıb. Həzi isə misal kimi deyib ki, "belə görünür, hansısa cinayət silahla törədilibsə, silahın nümayişi lazım deyil, elə isə sübut nədir?", məhkəmədən sual edib.

Seymur Həzi sonra deyib ki, bu günki məhkəmə işin siyasi sifariş olduğunu bir daha göstərir və məhkəmədən ədalət gözləmir.

Bu zaman hakim deyib ki, o uzun müddətdir hakimdir və "ədalətini itirməyib".

Seymur Həzi , həmçinin İstintaq Təcridxanası rəhbərliyini doğmaları ilə ünsiyyətə icazə verməməkdə, hətta onun yazdığı məktubları ötürməməkdə günahlandırıb.

Növbəti iclas 26 dekabr saat 15-ə təyin edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG