Accessibility links

Apellyasiya məhkəməsi Leyla Yunusun şikayətini təmin etməyib


Leyla Yunus 9 saat didnirildukdən sonra
Leyla Yunus 9 saat didnirildukdən sonra

Nəsimi rayon məhkəməsi Leyla Yunusun həbs müddətini 5 ay uzadıb

Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə məhkəmə qərarından verilən şikayətə baxılıb.

Vəkil Elçin Qəmbərov bildirib ki, məhkəmə apellyasiya şikayətini təmin etməyərək, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Ötənm həftə Nəsimi rayon məhkəməsi Leyla Yunusun həbs müddətini 5 ay (iyulun 28-dək) uzadıb.

Leyla Yunus 2014-cü il iyulun 30-da həbs olunub. O, dövlətə xəyanətdə və bir sıta iqtisadi cinayətlər törətməkdə ittiham olunur. L.Yunus ittihamları rədd edərək onları siyasi motivli sayır.

Amnesty İnternational L.Yunusu “vicdan məhbusu” kimi tanıyıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Slovakiyada baş nazir Fitsoya atəş açılıb, vəziyyəti ağırdır
please wait

No media source currently available

0:00 0:11:06 0:00
XS
SM
MD
LG