Accessibility links

Almaniya və Niderland səfirliklərinin, Avropa İttifaqının nümayəndələri məhkəməyə buraxılmayıb [Videolar]


Leyla və Arif Yunusların məhkəməsi - diplomatlar zala buraxılmır
Leyla və Arif Yunusların məhkəməsi - diplomatlar zala buraxılmır

Niderland səfirinin əvəzi bunu diskriminasiya sayır

Azərbaycanda Niderland səfirinin səlahiyyətlərini icra edən Özlem Canel avqustun 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində ayrı-seçkiliyə məruz qalıb. Canel Leyla və Arif Yunusların işi üzrə prosesdə iştirak etmək üçün məhkəməyə gələn diplomatlar arasında idi. Lakin içəriyə diplomatların yalnız bir neçəsi buraxılıb.

Diplomatlar məhkəməyə belə buraxılır
please wait

No media source currently available

0:00 0:00:52 0:00

Canelin vəsiqəsinə baxan məhkəmə icraçısı izahat vermədən onu içəri buraxmaqdan imtina edib.

Leyla və Arif Yunusların məhkəməsi yenə qapalı keçirilir
please wait

No media source currently available

0:00 0:02:27 0:00

Diplomat Britaniya, Amerika və Fransa diplomatlarının buraxılmasının, onun isə buraxılmamasının izahını tələb edib.

“Niyə Niderland səfirinin səlahiyyətlərini icra edən şəxsi ayrı-seçkiliyə məruz qoyursunuz? Bu, rəsmi qərardır?”, o sual edib.

Amma bu, icraçıya heç bir təsir etməyib, o, diplomatı dinləməyib belə.

Amma, bu gün məhkəmədə Almaniya səfirliyinin nümayəndəsinə qarşı da heç də yaxşı davranmayıblar.

Onu məhkəmənin dəhlizinə buraxıblar, zala buraxmağı vəd ediblər. Lakin 35 dəqiqə dəhlizdə saxladıqdan sonra diplomata getməyi təklif ediblər.

Almaniya səfirliyinin nümayəndəsi məhkəməyə buraxılmayıb
please wait

No media source currently available

0:00 0:01:01 0:00

Avropa İttifaqının təmsilçisi də məhkəmə zalına buraxılmayıb.

XS
SM
MD
LG