Accessibility links

“Nardaran işi-2” məhkəməsində təqsirləndirilən şəxslər işgəncələrdən danışıb


Yanvarın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Nardaran işi -2” üzrə prosesdə təqsirləndirilən şəxslərin ifadələri başlayıb.

İttiham olunanlar “Müsəlman Birliyi” Hərəkatının sədr müavini Elçin Qasımov və daha 11 dindardır.

Elçin Qasımov 2015-ci il noyabrın 5-də inzibati qaydada 30 gün müddətinə həbs olunub. Üç həftə sonra, noyabrın 26-da polis Nardaranda xüsusi əməliyyat keçirib. “Müsəlman Birliyi” Hərəkatının 15-ə yaxın üzvü, o cümlədən hərəkatın lideri Taleh Bağırzadə həbs edilib.

30 gün başa çatdıqda Qasımova qarşı hakimiyyəti ələ keçirməyə cəhd, terrorçuluq və başqa ittihamlar irəli sürülüb. Analoji ittihamlarla daha 10 nəfəri – Ağa Yəhyayev, Mahir Qəhrəmanov, Seyfəddin Şirvanov, Ramil Əliyev, Fərhad Muradov, Elgün Axundov, Vüsal Alış, Seymur Aslanov, Əli Şahbazov, Əmirəli Əliyev və İsa İbrahimovu da həbs ediblər.

Məhkəmədə Elçin Qasımov ittihamların uydurma və yalan olduğunu bildirib.

“Bizim silahımız olsaydı Qarabağı azad etməyə gedərdik və “Müsəlman Birliyi” Hərəkatı qanunsuz məqsədlərə xidmət etsəydi, qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət etməzdi”,Qasımov bildirib.

O qeyd edib ki, 2015-ci il noyabrın 5-də onu Maştağa qəsəbəsində 14 saylı polis şöbəsinin yanından keçərkən saxlayıblar. Oradan Sabunçu rayon polis idarəsinə, rəisin yanına aparıblar.

Qasımovu döyüblər, elektroşok aləti ilə işgəncə veriblər. Daha sonra protokol tərtib ediblər, məhkəmədə isə vəkilsiz polisə tabe olmamağa görə 30 gün müddətinə həbs ediblər.

Bundan sonra Qasımova qarşı cinayət işi açılıb və o, Kürdəxanı istintaq təcridxanasına göndərilib. Burada soyuq havada bütün gecə onu bayırda saxlayıblar.

14-24 dekabr tarixlərində Qasımov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılıb, burada onu amansız işgəncələrə məruz qoyublar, Taleh Bağırzadəyə, AXCP lideri Əli Kərimliyə, Demokratik Qüvvələrin Milli Şurasına qarşı ifadələr verməyi tələb ediblər.

Qasımov yalnız polis onun atasını və ya qardaşını həbs etməklə hədələdikdə öz əleyhinə ifadə verib. Onu guya qaçmağa cəhd edərkən öldürməklə hədələyiblər.

Digər müttəhim Ağəli Yəhyayev Sabunçu polisində işgəncələr haqqında danışıb, burada onu və digər məhbusları soyundurublar, bədənlərinə elektrik cərəyan veriblər, daha sonra yerdə sürüyüblər.

Təqsirləndirilən şəxsin sözlərinə görə, məhbusları boş kağızları imzalamağa məcbur ediblər.

Məhkəmə fevralın 3-də davam edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG