Accessibility links

Faiq Əmirlinin vəsatəti təmin edilməyib


Faiq Əmirli
Faiq Əmirli

Fevralın 8-də Bakının Nəsimi rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin köməkçisi, "Azadlıq" qəzetinin maliyyə direktoru Faiq Əmirlinin ev dustaqlığına buraxılması barədə vəsatəti təmin etməyib.

Vəkili Aqil Layıcov Amerikanın Səsinə bilsdirib ki, Əmirli mədəsindəki problemlrədən əziyyət çəkir.

“O, mədəsindəki xəstəliyə görə həbs şəraitində saxlanıla bilməz, pəhriz yeməklə təmin edilməlidir.Bu səbəbdən, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması məsələsini qaldırdıq, hakim də bunu təmin etmədi”, o qeyd edib.

Faiq Əmirli 2016-cı il avqustun 20-də saxlanılıb. Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 283.1 (Milli, irqi, sosial və ya dini düşmənçilik) və 168.1-ci (Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərmək və bu fəaliyyətlə ictimai asayişi pozmaq) maddələri ilə cinayət işi qaldırılıb.

2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhd edən “Hizmət” hərəkatı ilə əlaqədə təqsirli bilinir.

AXCP ittihamları uydurma adlandırıb və partiyaya təzyiqin tərkib hissəsi hesab edir. F.Əmirlinin həbsindən sonra “Azadlıq” qəzetinin fəaliyyəti dayanıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG