Accessibility links

Vəkil: Məhkəmə “Azadlıq” qəzetinin şikayətini təmin etmədi [Audio-müsahibə]


“Azadlıq” qəzeti vergi yoxlaması ilə bağlı məhkəmənin qərarından şikayət verib

Fevralın 9-da Bakı Apellyasiya Məhkəməsi “Azadlıq” qəzeti, “Azadlıq.info” MMC-nin və “azadlıq.info” saytının vergi yoxlamasına cəlb edilməsinə dair Nəsimi Rayon Məhkəməsinin qərarından şikayəti təmin etməyib.

Vəkil Səməd Rəhimov Amerikanın Səsinə müsahibəsində bildirib ki, səyyar vergi yoxlaması yalnız son üç ili əhatə edə bilər.

please wait

No media source currently available

0:00 0:04:05 0:00

“Ancaq “Nəsimi rayon Məhkəməsi qəzetin və azadliq-infio saytının 2010-2016-cı illərdəki fəaliyyətinin vergi yoxlamasına cəlb olunması barədə qərar verib. Qərar Baş Prokurorunun birinci müavini Rüstəm Usubovun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin rəisi Eldar Əhmədovun vəsatəti ilə verdiyi təqdimat əsasında qəbul edilib. Bir halda ki, hazırda həbsdə olan “Azadlıq” qəzetinin maliyyə direktou Faiq Əmirliyə qarşı vergi ilə bağlı ittiham irəli sürülməyib”, vəkil qeyd edib.

Faiq Əmirli 2016-cı il avqustun 20-də saxlanılıb. Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 283.1 (Milli, irqi, sosial və ya dini düşmənçilik) və 168.1-ci (Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərmək və bu fəaliyyətlə ictimai asayişi pozmaq) maddələri ilə cinayət işi qaldırılıb.

O, 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhd edən “Hizmət” hərəkatı ilə əlaqədə təqsirli bilinir.

AXCP ittihamları uydurma adlandırıb və partiyaya təzyiqin tərkib hissəsi hesab edir.

F.Əmirlinin həbsindən sonra “Azadlıq” qəzetinin fəaliyyəti dayanıb.

Nəsimi rayon Məhkəməsi 2016-cı il noyabrın 18-də Faiq Əmirlinin cinayət işi üzrə qəzetin vergi yoxlamasına cəlb edilməsi barədə qərar qəbul edib.

“Mən Faiq Əmrilinin vəkili deyiləm. Onun barəsindəki cinayət işi ilə bağlı fikir bildirə bilmərəm. Ancaq ola bilsin ki, vergi yoxlamasından sonra Faiq Əmirliyə qarşı yeni ittiham irəli sürsünlər. Güman etmək olar ki, vergi yoxlaması da bu məqsədlə aparılır”, vəkil qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG