Accessibility links

REAL fəalının apellyasiya şikayəti təmin edilməyib [Vəkil Yalçın İmanovla müsahibə]


Rahim Şaliyev həbsdə saxlanılıb

Fevralın 27-də Sumqayıt Apellyasiya Məhkəməsi REAL Hərəkatının fəalı Rahim Şaliyevin həbsilə bağlı şikayəti təmin etməyib.

Vəkil Yalçın İmanov məhkəmənin qərarını əsassız və ədalətsiz adlandırıb. O qeyd edib ki, məhkəmə müdafiə tərəfinin bir neçə mühüm vəsatətini təmin etməyib.

Vəkil Yalçın İmanovla müsahibə
please wait

No media source currently available

0:00 0:03:10 0:00

Xatırladaq ki, R.Şalıyev fevralın 20-də xırda xuliqanlıq və polisə tabe olmamaq ittihamı ilə həbs edilib. Vəkilin sözlərinə görə, təhqiqatın səthi aparılması belə nəticəyə gəlməyə imkan verir ki, R.Şaliyev heç bir qanun pozuntusu törətməyib. Vəkil qeyd edib ki, R.Şaliyevə qarşı polis əməkdaşları ifadə veriblər və ifadələrdə ziddiyyətlər var.

Digər tərəfdən, polisdə R.Şaliyevə Facebook-dakı yazılar və REAL Hərəkatının fəaliyyətilə bağlı verilən suallar göstərir ki, onun həbsi siyasi sifarişdir.

Fəalın bacısı Lalə Şaliyevanın ifadəsi qardaşının küçədə xuliqanlıq etməsi ilə bağlı polisin versiyasını inkar edir. Günorta o, evə gələrkən polislərin qardaşının ardınca gəldiyini görüb. Polislər protokolda yazıblar ki, R.Şaliyev saat 12.40-da küçədə “Manas” mağazasının yaxınlığında bərkdən söyüş söyərkən saxlanılıb.

Vəkil R.Şalıyevin həbsini elementar insan hüquqlarının pozulması hesab edir. Polisdə ona işgəncə verilməsi və vəsatətlərin təmin olunmamasından imtina gəncin əsas hüquqlarının pozulmasıdır. Odur ki, vəkil Avropa İnsan Hüquqlarına Məhkəməyə şikayət hazırlayır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG