Accessibility links

Nardaran Ağsaqqallar Şurasının sədrinin məhkəməsi yekunlaşır


2015-ci ilin sonunda - Nardaran hadisələrindən az sonra dövlətə xəyanət ittihamı ilə həbs olunan Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovun məhkəmə prosesi yekunlaşır.

Aprelin 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində proses davam etdirilib. Proses ictimaiyyətə qapalı keçirilir.

İslam Partiyası sədrinin müavini İnqilab Əhədov da N.Kərimovla birgə mühakimə olunur.

Onların yaxınları bildirib ki, proses qısa sürüb. Hakimlər Əhməd Quliyev, Eynulla Vəliyev və İradə Həsənzadədən ibarət məhkəmə kollegiyası cinayət işi üzrə məhkəmə istintaqının başa çatdığını elan edib.

Məhkəmədə çıxış üçün söz dövlət ittihamçısına verilsə də o, hazır olmadığını bildirib və hazırlaşmaq üçün vaxt istəyib.

Proses prokurorun çıxışı ilə aprelin 13-də davam etdiriləcək.

Bundan əvvəl keçirilən məhkəmə iclasında müttəhimlərin hər ikisi ifadələrində ittihamı qəbul etməyib, günahsız olduqlarını, ittiham aktında yazılanların yalan olduğunu bildirib.

Natiq Kərimov 2015-ci ilin dekabrında həbs olunub və ötən il yanvarın 19-da Səbail Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb.

Xarici xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək casusluqda suçlanan N.Kərimov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə ittiham olunur.

Həbsdə saxlanan İnqilab Əhədov da eyni maddə ilə təqsirləndirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG