Accessibility links

Avropa Məhkəməsi Elmar Hüseynovun işi və 22 seçki şikayəti üzrə qərar qəbul edib


Aprelin 13-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycana qarşı 23 iş üzrə qərarlarını elan edib.

Vəkil Əsabəli Mustafayev bidirib ki, Rövşənə Hüseynovanın şikayəti üzrə qəbul edilmiş qərarla jurnalist Elmar Hüseynovun qətli ilə əlaqədar Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci maddəsinin prosessual əsaslara görə, yəni istintaqın səmərəli aparılmamasına görə pozuntusu tanınıb.

Məhkəmə qərara alıb ki, Azərbaycan hökuməti mənəvi ziyana görə 20 000, hüquqi xərclərə görə 10 000 avro konpensasiya ödəməlidir.

"Monitor" jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci il martın 3-də evinin qarşısında güllələnib. İndiyədək jurnalisti qətlə yetirənlər və qətlin sifarişçiləri məhkəmə qarşısına çıxarılmayıb.

Digər 22 iş azad seçki hüququnun pozuntusudur. Bunlar Tofiq Yaqublu, Sərdar Məmmədov, Bəxtiyar Hacıyev, İlqar Hüseynli, Nəriman Yəhyayev, Gözəl Bayramlı, Nemət Əliyev, Salman İmanlı, Sahib Kərimov, Ulham Hüseynli, İkram İsrafil, Pənah Hüseyn, Adil Qeybulla, İsa Qəmbər, Yaqub Babalı, Leyla Mustafayeva, Soltanhəmid Məlikov, Əli Kərimli, Qiyas Sadıqov, Arzu Səmədbəyli, Sitarə Zeynalova, Aslan İsmayılovdur.

Bu işləri vəkillər İntiqam Əliyev və Hafiz Həsənov aparıb. Yalnız İkrəm İsrafilin hüquqlarını vəkil Əsabəli Mustafayev müdafiə edib.

Məhkəməinin qərarına görə, Azərbaycan hökumətihər bir ərizəçiyə mənəvi ziyana görə 10 000 avro kompensasiya ödənilməlidir. Bu 22 iş üzrə hüquqi yardıma görə 21 000 avro kompensasiya təyin edilib. 23 iş üzrə kompensasiyaların ümumi cəmi cəmi 360 000 avro təşkil edir.

Xatırladaq ki, seçki hüququ ilə bağlı şikayətçilərin hamısı müxalifət tərəfdarı namizədlər olub.

XS
SM
MD
LG