Accessibility links

“Saytların bloklanması” məhkəməsində vəsatətlər təmin edilməyib [Video]


“Saytların bloklanması” məhkəməsində vəsatətlər təmin edilməyib
please wait

No media source currently available

0:00 0:03:11 0:00

“Saytların bloklanması” məhkəməsində vəsatətlər təmin edilməyib

Növbəti məhkəmə iclasında müdafiə çıxışları olacaq

Mayın 3-də Bakının Səbael rayon Məhkəməsində hakim Nurəddin Bağırovun sədrliyi ilə Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzinin bir sıra saytlara girişə blok qoyulması tələbi barədə iddiasına baxış davam etdirilib.

Məhkəmədə çoxsaylı jurnalistlər, ictimaiyyətin nümayəndələri, siyasi xadimlər, ABŞ, Böyük Britaniya, Almaniya səfirliklərinin və Avropa İttifaqının nümayəndələri iştirak edib. Məhkəmənin qarşısı da qələbəlik olub. Müsavat Partiasibiob başqanı Arif Hacılı, AXCP sədrinin müavinləri, ziyalılar ictimaiyyətin nümayəndələri məhkəmə binasının qarşısına toplaşıb.

Media qurumlarının hüquqlarını vəkillər Adil İsmayılov, Elçin Sadıqov, Səməd Rəhimli müdafiə edib.

Nazirlik iddia ərizəsində məhkəmədən “dövlətin və cəmiyyətin qanuni maraqlarına təhlükə yaratdıqları üçün” azadliq.info (“Azadlıq” qəzeti), azadliq.org (“Azadlıq Radiosu”), “azerbaycansaati.com” domenlərinə, habelə “Azərbaycan saatı” televerilişinin yerləşdirildiyi İnternet-resurslara və Turan telekanalına (Turan TV) girişin məhdudlaşdırılması haqqında qərar qəbul etməyi xahiş edir.

İddiada konstitusiyalı quruluşun devrilməsinə, iğtişaşlara, zorakılığa, ictimai asayişin pozulmasına, ədavətə, dini ekstremizmə yönəlmiş çağırışlar olduğu halda saytları bağlamağa imkan verən qanun normalarına istinad edilib.

Nazirlik məhkəməyə azadlıq.org saytının 7, azadliq.info-nun 5, Meydan.tv-nin 2, azerbaycasaatı.com saytının 4 məqaləsini təqdim edib.

Vəkil Elçib Sadıqov bildirib ki, hakim linqvistik ekspertizanın keçirilməsi, Baş Prokurorluğun üçüncü şəxs qismində məhkəməd izahat verməsi, məqalələrin müəlliflərinin şahid qismində məhkəməyə cəlb edilməsi və digər vəsatətlərinin heç birini təmin etməyib.

Hakim Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsindən tələblərinin dəqiqləşdirilməsi, saytlara girişin məhdulaşdırılması ilə bağlı vaxt müəyyən edilməsi və sübutlara bir daha nəzər yetirmələri ilə bağlı ötən məhkəmə iclasında dediklərinə də bu iclasda məhəl qoymayıb.

“Biz linqvistik ekspertizanı ona görə istəyirik ki, ekspertlər müəyyənləşdirsinlər ki, hansı sözlər dövlətin və xalqın qanunla qorunan mmaraqlarına uyğun deyil”, Sadıqov qeyd edib.

Bu zaman Rabitə Nazirliyinin nümayəndəsi “özünə və xaqlına hörmət edən prezident bunu etməməli idi” qeyri-müəyyən cüməlsini deyib.

Burada həmçinin “Heydər Əliyev Fondunun Rumınityada qaranlıq biznesi” və APA agentliyinə istinadən dərc edilmiş intiharlarla bağlı məqalıəyə istinad edilib. Bu isə salonda gülüşlə qarşılanıb.

Vəkil belə halda APA və Report agentliklərinin yaydığı intiharlarla bağlı məlumata görə, bu media qurumlarının saytlarına girişə də blok tətbiq edilə bilərmi?- sualını verib.

“Bizə bu işlə bağlı prokurorluq müraciət edib və onların müraciətini əsas tutaraq məhkəməyə müraciət etmişik”, Rabitə nazirliyinin nümayəndəsi qeyd edib.

Vəkillər təqdim edilən materiallarda dövlətin və xalqın qanunla qorunan maraqlarına toxunan hər hansı fikrin belə olmadığını məhkəmənin diqqətinə çatdırıb.

Bununla da sədrlik edən məhkəmə araşdırmasının başa çatdığını elan edib. Mayın 12-də məhkəmə müdafiə çıxışları ilə davam edəcək.

AXCP sədri Əli Kərimli də məhkəmə iclasını izləyib. O jurnalistlərə bildirib ki, azad mətbuatın olduğu ölkədə hakimiyyətin korrupsiyaları, insan hüquqlarını necə pozmaları ifşa olunur.

“Ona görə də azad mətbuata düşmən kəsiliblər. Süni bəhanələrlə mətbuatı məhv etmək istəyirlər. Azərbaycan vətəndaşları bilməlidir ki, əgər bunu bacarsalar, inanın ki, bu günki məhkəmədə tam əmin oldum, bir neçə gündür ki, yazılarımda sabit olaraq Şimali Koreyalaşmadan danışıram. İnanın ki, heç bir şişirtmə yoxdur. Əgər o həddə gəlib çatsaq ki, hökumət mətbuatının da təsdiq etdiyi intihar hallarının verilməsi artıq insanları şüuraltı hansısa antikonstitusion hərəkətlərə sövq eləyir. Bu kimi absurdlar bu ölkədə vətəndaşlıq haqqı qazanacaqsa, o zaman artıq kimsə müstəqil sözünü deyə bilməz. Azərbaycan vətəndaşları nə baş verdiyini bilməlidir. Ona görə də bu proses məhz indi dayandırılmalıdır. Məhz indi Azərbaycan vətəndaşları azad mətbuata öz dəstəyini ifadə etməlidir. Burada təkcə mətbuatın yox, ölkənin taleyindən söhbət gedir. Mən bütün biganə olmayan vətəndaşlarımıza təşəkkür edirəm, biganələri də xəbərdar edirəm. Belə getsə onların da qapıları döyüləcək”, o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış - 27 iyul 2021
please wait

No media source currently available

0:00 0:10:00 0:00

Amerika İcmalı

Amerika İcmalı - 23 İyul 2021
please wait

No media source currently available

0:00 0:29:57 0:00
XS
SM
MD
LG