Accessibility links

Apellyasiya Məhkəməsi “Nardaran işi” ilə bağlı şikayəti təmin etməyib


"Nardaran işi"-məhkəmənin qarşısı
"Nardaran işi"-məhkəmənin qarşısı

Mayın 8-də Bakı Apellyasiya Məhkəməsi hakim Vüqar Məmmədovun sədrliyi ilə Sahil Rzayev və daha 5 şəxsin apellyasiya şikayətinə baxıb. S.Rzayev və digərləri iki il öncə noyabrın 5-də, “Müsəlman Birliyi” Hərəkatının sədr müavini Elçin Qasımovun saxlandığı Sabunçu Rayon Polis İdarəsinin qarşısında gözləyərkən həbs ediliblər.

Vəkil Elçin Sadıqovun dediyinə görə, apellyasiya şikayəti Sahil Rzayev və digər 5 nəfərlə bağlı ötən il avqustun 3-ü Sabunçu rayon Məhkəməsinin çıxardığı hökmdən verilib.

“Hakim Sahil Rzayevin çıxışını qanunsuz olaraq kəsdi (şüşə qəfəsin mikrofonunu bağladı). Digər təqsirləndirilən şəxslər buna etiraz olaraq məhkəməyə arxasını çevirdi. Hakim sözü dövlət ittihamçısına verdi və daha sonra "müşavirədən" qayıdaraq apellasiya şikayətlərinin təmin olunmadığını, hökmün dəyişdirilmədən qüvvədə saxlandığını elan etdi”.

Vəkil deyir ki, qərardan Ali Məhkəməyə kassasiya şikayəti verəcək.

Vəkillər S.Rzayev və digərləri barədə Sabunçu Rayon Məhkəməsinin hökmünün ləğv edilməsini istəyib.

Dövlət qeydiyyatı olmayan “Müsəlman Birliyi” Hərəkatının üzvləri Sahil Rzayev, Niftəli Vəliyev, Anar Əliyev, Elvin Bünyadov, Lətif Əhmədov və Teymur Osmanov Nardaran olaylarından öncə həbs olunub. Onlar Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci maddələri ilə (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) ittiham olunurlar.

Sabunçu Rayon Məhkəməsi S.Rzayevi 6 il 5 ay 15 gün, N.Vəliyevi 5 il 11 ay 10 gün, A.Əliyevi 5 il 11 ay, E.Bünyadovu 6 il 1 ay 15 gün, L.Əhmədovu 5 il 11 ay 20 gün, T.Osmanovu isə 5 il 11 ay 15 gün müddətinə azadlıqdan məhrum edib.

2015-ci il noyabrın 26-da hüquq mühafizə orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Əməliyyatda ikisi polis olmaqla, 6 nəfər həlak olub. Həmin gün "Müsəlman Birliyi Hərəkatı"nın sədri Taleh Bağırov və onun bir qrup tərəfdarı həbs edilib. Sonradan güc strukturları ümumilikdə 70 nəfərin həbs edildiyini bildirib. Ancaq hüquq müdafiəçilərinin siyahılarında bu rəqəm 87 göstərilir.

Onların bir qisminə qanunsuz silah saxlama və iğtişaş salma ittihamı ilə 1 il 6 aydan 6 il 6 aya kimi həbs cəzası kəsilib.

40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Onların işi üç qrupa ayrılıb və Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

“Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. Taleh Bağırova 20 il, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlıya 10 il, digərlərinə də 10 ildən 20 ilədək həbs cəzası verilib.

Hər biri 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi isə davam edir. Təqsirləndirilən şəxslər ittihamları qəbul etmir, Nardaran əməliyyatındakı iki polisi elə öz həmkarlarının qətlə yetirdiyini bildirirlər.

Daxili İşlər Nazirliyi (DİN) isə onların dediklərini təkzib edib. Üstəlik, məhkəmədə ifadə verən DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları dindarlara tutulanda və ondan sonra işgəncə verilməsi ilə bağlı deyilənləri də yalanlayıblar.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG