Accessibility links

Prokuror Faiq Əmirliyə dörd il altı ay həbs istəyib (Vəkil Aqil Layıcovla müsahibə)


Faiq Əmirli

Faiq Əmirli ittihaamları qəbul etmir

İyulun 19-da Bakının Səbael rayon Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirlən prosesdə dövlət ittihamçısı “Azadlıq” qəzetinin yayım direktoru, AXCP sədrinin köməkçisi Faiq Əmirliyə 4,5 il həbs istəyib.

Vəkil Aqil Layıcov Amerikanın Səsinə müsahibəsində prokurorun iş istəməsini əısassız adlandırıb.

“Faiq Əmirliyə qarşı irəli sürülən ittihamlar hətta yuxu və ya hipotetik düşüncə də deyil. Ortada hətta yuxu belə olmasa da Faiq Əmirlini ittiham edirlər”, vəkil Aqil Layıcov qeyd edib.

Onun sözlərinə görə, məhkəmə ittihamların tamam saxta oldğunu sübut edib.

“İstintaqda ifadələrin, disklərin, kitabların saxtalaşdırldığı sübut olundu. Cinayət işindəki ifadələr də göstərdi ki, bu ittihamların Faiq Əmirliyə ümumiyyətlə aidiyyatı yoxdur. Bu işdə məhkəmənin hökmü qanuna yox, vicdana söykənəcək. Hər kəs bilir ki, ittihamın Əmirliyə aidiyyatı yoxdur”, vəkil deyib.

Faiq Əmirli və vəkillər cinayət işinə xitam verilməsini istəyib.

Məhkəmənin növbəti iclası iyulun 24-də keçiriləcək və vəkillər son sözlə çıxış edəcək.

Faiq Əmirli 2016-cı il avqustun 20-də saxlanılıb. O, əvvəlcə Cinayət Məcəlləsinin 168.1-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (KİV-dən istifadə etməklə milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunub.

2017-ci il aprelin 17-də ona yeni ittihamlar irəli sürülüb - Cinayət Məcəlləsinin 213.1-ci maddəsi (vergidən yayınma) və 308-ci maddəsi (vəzifə səlahiyyətindən sui-istifadə).

Faiq Əmirli ittihamı “gülünc və sifariş” adlandırıb.

XS
SM
MD
LG