Accessibility links

Jurnalistin məhkəməsi vəkilin iştirakı olmadan başlayıb


Elçin İsmayıllı
Elçin İsmayıllı

"Şəki Agır Cinayətlər Məhkəməsində həbsdəki jurnalist Elçin İsmayillının cinayət işi üzrə hazırlıq iclası gizli, vəkillərdən xəbərsiz keçirilib".

Bu haqda vəkil Elçin Sadıqov Facebook səhifəsində bildirib.

“Hazırlıq iclası yalnız vəkillər razılıq verdiyi halda onların iştirakı olmadan keçirilə bilər. Mənə avqustun 15-də Şəki Ağır Cinayətlər Məhkəməsindən zəng edib bildirmişdilər ki, həmin gün saat 16-da hazırlıq iclası təyin olunub. Halbuki, qanunvericilik tələb edir ki, vəkil azı 7 gün əvvəl xəbərdar edilməlidir. Ona görə də dərhal məhkəməyə teleqram vurub iclasın təxirə salınmasını xahiş etdim", vəkil avqustun 18-də E.İsmayıllı ilə görüşmək üçün Şəkidə olub, onun jurnalistlə görüşməsinə imkan verilməyib.

Şəki Ağır Cinayətlər Məhkəməsində məlum olub ki, hazırlıq iclası onun iştirakı olmadan keçirilib.

"Bu, qanunsuzdur. Qanunsuzluq etdiyini hakim Rəşid Hüseynov də başa düşür. Ona görə də avqustun 18-də məndən tələb etdi ki, vəkil orderinin tarixini dəyişim. Hüquq xidməti müqaviləsi avqustun 1-də imzalanıb, order də həmin tarixədir. Hakim orderin tarixini dəyişdirməklə öz qanunsuzluğunu ört-basdır etmək istəyir", vəkil qeyd edib.

Elçin Sadıqov hesab edir ki, iclasın təxirə salınması barədə müraciətinə baxmayaraq hakimin vəkilin iştirakı olmadan hazırlıq iclasını keçirməsi, müvəkkili ilə görüşə imkan verməməsi onun hüquqlarını pozub. Bu səbəbdən vəkil Məhkəmə Hüquq Şurasına müraciət edərək hakimin hərəkətlərinin araşdırılmasını istəyir.

Vəkil həmçinin Baş Prokurorluğa müraciət etmək niyyətindədir.

"Vəkil orderi sənəddir, onu saxtlaşdırmaq, nömrəsini, tarixini dəyişdirmək olmaz. Ancaq hakim məndən belə bir qanunsuz tələbdə bulunub. Bununla bağlı da ayrıca Baş Prokurorluğa müraciət edəcəyəm", vəkil deyib.

Qeyd edək ki, Jurnalist E.İsmayıllının məhkəməsi avqustun 24-də davam etdirilməlidir.

Vəkilin dediklərinə Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Rəşid Hüseynovdan münasibət almaq mümkün olmayıb.

İsmayıllıda yaşayan jurnalist Elçin İsmayıllı bu il fevralın 17-də saxlanılıb. Nəsimi Rayon Məhkəməsi fevralın 18-də onun barəsində 24 günlük həbs-qətimkan tədbiri seçib. Sonra həbs müddəti uzadılıb.

Jurnalist barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu yolu ilə pul tələb etmə) və 308-ci (vəzifəsindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

“Daha sonra, ittiham ağırlaşdırılıb. İstintaqın yekununda ona qarşı Cinayət Məcəlləsinin 182-ci (Hədə qorxu ilə tələb etmə), 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311-ci (Rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. Jurnalistə 12 ilədək həbs cəzası verilə bilər".

Vəkilinin sözlərinə görə, istintaq materiallarında jurnalist İsmayıllı rayon mədəniyyət və turizm şöbəsinin bir əməkdaşını hədələyərək pul tələb etməkdə günahlandırılır. Həmin şəxs rəsmi qaydada Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edib və Elçin İsmayıllı pul alacağı iddiası ilə həbs olunub.

Vəkil jurnalistin həbsinin fəaliyyəti ilə bağlı olduğunu bildirib.

"Elçin İsmayıllı deyir ki, bu iş quramadır. Həmin adamı 2003-cü ildən tanıyır, yaxşı münasibətləri var. Bir ay öncə ondan 1000 manat borc pul istəyib. İki gün əvvəl Elçinə zəng edib ki, pul hazırdır. Görüşüblər, pulu alanda Elçin İsmayıllını həbs ediblər", vəkil jurnalist həbs olunarkən bildirmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG