Accessibility links

İŞİD-i dəstəkləməkdə ittiham edilənlərə prokuror cəza istəyib


Məhkəmə
Məhkəmə

Avqustun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD terror təşkilatını dəstəkləməkdə ittiham olunan Sumqayıt şəhər sakinləri - 29 yaşlı Aydın Gülməmmədov və 25 yaşlı Əmrah İmanovun cinayət işi üzrə növbəti məhkəmə istintaqı keçirilib.

Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Səbuhi Hüseynov sədrlik edib. Prosesdə dövlət ittihamçısı A.Gülməmmədovun 14 il, Əmrah İmanovun isə 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, təqsirləndirilən şəxslər Fuad Rüstəmov və Ağamirzə Quliyevlə cinayət əlaqəsinə girərək İŞİD-ə dəstək nümayiş etdiriblər. Ötən il oktyabrın 26-da Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində dini ləqəbi “Ömər” olan Ağamirzə Quliyevin sərnişini olduğu “Bakı-İstanbul” avtobusu Ələt qəsəbəsi ərazisində saxlanılıb. Avtobusda olan A.Quliyevə Dövlət Təhlükəsizlik Xidmətinə getmək təklif olunub. Avtobusdan düşən A.Quliyev üzərindəki əl qumbarasını çıxararaq partlatmağa cəhd etdikdə xüsusi təyinatlılar tərəfindən zərərsizləşdirilib.

Həmçinin, dəstənin digər üzvü Fuad Rüstəmov 27 oktyabr 2016-cı ildə Abşeron rayonu ərazisində saxlanılarkən silahlı müqavimət göstərib. Ətrafdakıların həyat və sağlamlığının qorunması üçün F.Rüstəmov xüsusi təyinatlılar tərəfindən zərərsizləşdirilib. F.Rüstəmovun yaşadığı evə keçirilmiş baxış zamanı Beynəlxalq Millətlər Təşkilatı tərəfindən terrorçu təşkilat kimi tanınmış İŞİD terror təşkilatının bayrağı aşkar edilib.

Keçirilmiş əməliyyat-texniki tədbirləri nəticəsində müəyyən edilib ki, İŞİD terror təşkilatının üzvü Şamil Fərzəliyev Faud Rüstəmovla “WhatsApp” proqramı ilə əlaqə saxlayaraq, Azərbaycan ərazisində terrorçuluq aktları törətmək niyyətində olduğunu bildirib. Ş.Fərzəliyev F.Rüstəmova dini radikal mövqedə olan, məhkumluq həyatı yaşamamış və dindar kimi hüquq-mühafizə orqanlarının diqqətinə düşməmiş 6 nəfərdən ibarət qrupu bir araya toplayaraq aralarında əmir seçilməsinin zəruriliyini qeyd edib. F.Rüstəmovun əlində avtomat silah, digərlərinin üzünün örtülü olmaqla İŞİD terror təşkilatına biət etmələri, bu prosesin videogörüntüyə alınaraq ona göndərilməsini tapşırıb. Bundan sonra onların Azərbaycanda “İŞİD-in bir qolu” kimi qəbul olunacaqlarına dair “İŞİD rəhbərliyi” tərəfindən qərar veriləcəyini bildirib.

Təqsirləndirilən şəxslər məhkəmə prosesi zamanı onlara elan olunmuş ittihamlarla özlərini təqsirli bilməyiblər, günahsız olduqlarını deyiblər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG