Accessibility links

İlahiyyatçının apellyasiya şikayətinə baxılır


Sərdar Babayev
Sərdar Babayev

Sentyabrın 11-də Şirvan Apellyasiya Məhkəməsində hakim Rafiq Cəfərovun sədrliyi ilə ilahiyyatçı Sərdar Babayevlə bağlı Masallı rayon Məhkəməsinin hökmündən verilmiş şikayət üzrə ilkin baxış olub.

S.Babayev bu il fevralın 22-də saxlanılıb. O Cinayət Məcəlləsinin 168.1 (dini ayinlər adı altında insanların hüquqlarına qəsd etmək) maddəsi ilə ittiham edilib. Masallı rayon Məhkəməsinin hokum ilə ilahiyyatçını 3 il azadlıqdan məhrum edilib.

İttihamda deyilir ki, S.Babayev xaricdə dini təhsil alıb, Azərbaycanın mövcud qanunlarıonun dini mərasim idarə etməsinə icazə vermir.

İlhaiyyatçı ittihamı qəbul etmir, yerli nhakimiyyət orqanlarının sifadişi ilə həbs edildiyini bildirir.

Müdafiə tərəfinin fikrincə, S. Babayev qanunvericiliyə həmin məhdudlaşdırıcı maddə əlavə edilməzdən öncə xaricdə dini təhsil alıb. Eyni zamanda, Qafqaz Müsəlmanları İdarəsində vəzifə tutan bir çox şəxslər də xaricidə dini təhsil alıb. Üstəlik, həmin məhdudlaşdırıcı maddə bu ilin mayında yumşaldılıb. Artıq xaricidə dini təhsil alanlar da Qafqaz Müsəlmanlar İdarəsinin razılığından sonra ölkədə dini mərasimlər apara bilərlər.

Apellyasiya Məhkəməsi ilkin baxış iclasında vəkillərin Babayevin ev dustaqlığına buraxılması, ona ittiham verilmiş maddə ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərilməsi, apellyasiya şikayətinə qismən istintaq aparılmaqla baxılması (əlavə şahidlərin dindirilməsi) haqda vəsatətlər qaldırıb. Eyni zamanda Sərdar Babayevin müdafiəçilərinin yanında əyləşməsinə icazə verilməsi istənilib. Hakim vəsatətlərin heç birini təmin etməyib.

Məhkəmə baxışı sentyabrın 25-nə təyin olunub.

XS
SM
MD
LG