Accessibility links

İlahiyyatçının apellyasiya şikayəti təmin edilməyib [Vəkil Cavad Cavadovla müsahibə]


Sərdar Babayev
Sərdar Babayev

Vəkillər Sərdar Babayevin işi ilə bağlı kassasiya şikayəti verəcək

Sentyabrın 25-də Şirvan Apellyasiya Məhkəməsi hakim Rafiq Cəfərovun sədrliyi ilə ilahiyyatçı Sərdar Babayevin Masallı rayon Məhkəməsinin hökmündən verdiyi şikayəti təmin etməyib. Bu barədə vəkil Cavad Cavadov Amerikanın Səsinə müsahibəsində bildirib.

Vəkil Cavad Cavadovun Ameikranın Səsinə müsahibəsi
please wait

No media source currently available

0:00 0:01:54 0:00

S.Babayev bu il fevralın 22-də saxlanılıb. O Cinayət Məcəlləsinin 168.1 (dini ayinlər adı altında insanların hüquqlarına qəsd etmək) maddəsi ilə ittiham edilib. Masallı rayon Məhkəməsinin hökmu ilə ilahiyyatçını 3 il azadlıqdan məhrum edilib.

İttihamda deyilir ki, S.Babayev xaricdə dini təhsil alıb, Azərbaycanın mövcud qanunları onun dini mərasim idarə etməsinə icazə vermir.

İlhaiyyatçı ittihamı qəbul etmir, yerli hakimiyyət orqanlarının sifarişi ilə həbs edildiyini bildirir.

Müdafiə tərəfinin fikrincə, S. Babayev qanunvericiliyə həmin məhdudlaşdırıcı maddə əlavə edilməzdən öncə xaricdə dini təhsil alıb. Eyni zamanda, Qafqaz Müsəlmanları İdarəsində vəzifə tutan bir çox şəxslər də xaricidə dini təhsil alıb. Üstəlik, həmin məhdudlaşdırıcı maddə bu ilin mayında yumşaldılıb. Artıq xaricidə dini təhsil alanlar da Qafqaz Müsəlmanları İdarəsinin razılığından sonra ölkədə dini mərasimlər apara bilər.

Vəkilin sözlərinə görə, bu gün Şirvan Apellyasiya Məhkəməsinə gedən bütün küçələr bağlanılıb.

“Əvvəlcə, biz müdafiəçiləri, -Yaıçın İmanov və məni də məhkəməyə buraxmırdılar. Sonra bizim iradlarımızdan sonra məhkəmə zalına ilahiyyatçının yalnız 5-6 qohumu buraxıldı”, o qeyd edib.

Vəkillər etiraz əlaməti olaraq məhkəmədə çıxışdan imtina edib.

“Sərdar Babayev isə çıxışında ittihamın tam əsasız və həbsinin qanunsuz olduğunu bildirdi. O, məhkəməyə həm də dedi ki, onu bu ittihamla həbs etmələrindən çox şaddır”, vəkil qeyd edib.

Cavad Cavadov məhkəmənin vəkillərin hər hansı vəsatətini təmin etmədiyini bildirib.

“Sərdar Babayev bu ittihamı törətsəydi belə həbs ittihama adekvat deyil. Məhkəmə ən azı həbs müddətini azaltmalı idi. Bunu da etmədi”, Cavadov deyib.

Vəkillər kassasiya şikayəti verəcək.

Xatırladaq ki, vəkillər sentyabrın 11-də keçirilən ilkin baxış iclasında Babayevin ev dustaqlığına buraxılması, ona ittiham verilmiş maddə ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərilməsi, apellyasiya şikayətinə qismən istintaq aparılmaqla baxılması (əlavə şahidlərin dindirilməsi) haqda vəsatətlər qaldırıb. Eyni zamanda, Sərdar Babayevin müdafiəçilərinin yanında əyləşməsinə icazə verilməsi istənilib. Hakim vəsatətlərin heç birini təmin etməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG