Accessibility links

Gözəl Bayramlının cinayət işi üzrə hazırlıq iclası noyabrın 30-da başlayacaq


AXCP sədrinin müavini Gözəl Bayramlının cinayət işi üzrə hazırlıq iclası noyabrın 30-da saat 15-də Qazax rayon Məhkəməsində (Bakıdan 460 kilometr qərb) hakim Ağarza Səmədovun sədrliyi ilə başlayacaq. Bu barədə Amerikanın Səsinə Qazax rayon Məhkəməsindən bildiriblər.

Gözəl Bayramlı bu il mayın 25-də Gürcüstandan qayıdarkən sərhəddə saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb, barəsində həbs qətimkan tədbiri seçilib.

G.Bayramlı həbsinin siyasi xarakter daşıdığını bildirib.

Noyabrın 1-də Gözəl Bayramlının cinayət işi üzrə ibtidai istintaqın başa çatdığı elan olunub.

XS
SM
MD
LG