Accessibility links

Gözəl Bayramlının işi üzrə hazırlıq iclası başa çatıb [Vəkil Elçin Sadıqovla müsahibə]


Gözəl Bayramlı

Məhkəmə baxışı dekabrın 13-nə təyin edilib

Dekabrın 1-də Qazax Rayon Məhkəməsində (Bakıdan 460 kilometr qərb) hakim Ağarza Səmədovun sədrliyi ilə AXCP sədrinin müavini Gözəl Bayramlının işi üzrə hazırlıq iclası davam edib. Məhkəmə baxışı dekabrın 13-də saat 14-də təyin edilib. Bu barədə vəkil Elçin Sadıqov Amerikanın Səsinə müsahibəsində bildirib.

Bu günki iclasda hakim vəkil Elçin Sadıqovun cinayət işinin icraatına xitam verilməsi, həbsin ev dustaqlığı ilə əvəz edilməsi, 10 ədəd əlavə sübutların tələb edilməsi, qanuna zidd yollarla əldə edilmiş sübutların sübutlar siyahısından çıxarılması ilə bağlı vəsatətlərini təmin etməyib

Gözəl Bayramlı
Gözəl Bayramlı

Gözəl Bayramlı məhkəmədə bildirib ki, onun həbsi siyasi fəsaliyyəti ilə bağlıdır.

G.Bayramlı bu il mayın 25-də Gürcüstandan qayıdarkən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.1-ci maddəsi (qaçaqmalçılıq) ilə cinayət işi qaldırılıb. G.Bayramlı hüquq-müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG