Accessibility links

Apellyasiya Məhkəməsi Azadlıq qəzetinin şikayətini rədd edib


Azadlıq qəzeti
Azadlıq qəzeti

Dekabrın 6-da Bakı Apellyasiya Məhkəməsi “Şirin Abdullayev "Azadlıq" qəzetinə qarşı” iş üzrə hər iki tərəfin şikayətini rədd edib.

Redaksiya əməkdaşlarının verdiyi məlumata görə, məhkəmə işi azadliq.info saytında dərc edilmiş "Jurnalistin üzünə duran "bandotdel" rəisinin dostu imiş" başlıqlı yazı ilə bağlıdır. Həmin yazı jurnalist Fikrət Fərəməzoğlunun məhkəmə prosesindən hazırlanıb.

İş üzrə şahidlərdən biri - Şirin Abdullayev həmin məqalədə nüfuzunun aşağılandığını iddia edir. İddiaya ilkin mərhələdə Yasamal rayon Məhkəməsində baxılmışdı. Məhkəmə iddianı qismət təmin etmiş, qəzetin üzərinə adıçəkilən məqalədədəki fikirləri təkzib etmək vəzifəsi qoymuşdu.

Hər iki tərəf qərardan şikayət verib. "Azadlıq" qəzeti iddianın ümumiyyətlə rədd edilməsini, iddiaçı isə qəzetin ona maddi və mənəvi təzminat olaraq 10 min manat ödəməsini tələb edib.

Apellyasiya şikayətlərinə hakim İsmayıl Vəliyevin sədrlik etdiyi məhkəmə heyəti baxıb. Məhkəmə hesab edib ki, Yasamal rayon Məhkəməsinin qərarı ədalətli olub. Şikayətlər rədd edilib.

"Azadlıq" qəzetindən bildiriblər ki, qərarla razı deyillər. Ali Məhkəməyə kassasiya şikayəti veriləcək.

Sözügedən iddia üzrə məhkəmə çəkişməsi bu ilin yayında başlayıb. Yasamal Rayon Məhkəməsi avqustun 23-də iddianı qismən təmin edib.

"Azadlıq" qəzeti ötən ildən çapını dayandırıb. Bir neçə il əvvəl qəzetin baş redaktoru Qənimət Zahid, bu ilin əvvəlində isə qəzetin redaktoru Rahim Hacıyev Avropaya mühacirətə gedib.

"Azadlıq" qəzetinin yayım direktoru Faiq Əmirli isə həbs olunub. Ötən il avqustun 20-də saxlanılan F.Əmirli Cinayət Məcəlləsinin 213.1 (xeyli miqdarda vergidən yayınma) və 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət, düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. O, məhkəmənin qərarı ilə 3 il 3 ay həbs cəzası alıb.

Bu ilin aprelində məhkəmə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tələbilə qəzetin azadliq.info ünvanındakı saytını da bloklamaq barədə qərar çıxarıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG