Accessibility links

Gözəl Bayramlının məhkəməsi sənədlərin elan edilməsi ilə davam etdirilib [Vəkil Elçin Sadıqovla müsahibə]


AXCP sədrinin müavini Gözəl Bayramlı
AXCP sədrinin müavini Gözəl Bayramlı

Müdafiə tərəfi məhkəmənin uzadılmasından narahatdır

Yanvarın 10-da Qazax Rayon Məhkəməsində (Bakıdan 500 kilometr qərb) hakim Ağarza Səmədovun sədrliyi ilə AXCP sədrinin müavini Gözəl Bayramlının cinayət işi üzrə məhkəmə səndələrin elan olunması ilə davam etdirilib.

Vəkil Elçin Sadıqovun Amerikanın Səsinə müsahibəsi
please wait

No media source currently available

0:00 0:01:12 0:00

G.Bayramlı 2017-ci il mayın 25-də Gürcüstandan qayıdarkən saxlanılıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Mayın 26-da Bakının Səbael Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.

Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən G.Bayramlının əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur. G.Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır. O, Gürcüstana müalicə məqsədilə getdiyini, son iki ildə Gürcüstanda dörd dəfə əməliyyat olunduğunu bildirib.

Vəkil Elçin Sadıqov bu günki məhkəmə iclasında Bayramlının təqsirsizlik prezumpsiyasının pozulmasının məhkəmə tərəfindən tanınması barədə vəsatət qaldırıb.

“Hakim məşvərətə getdi və iş gününün sonunda qayıtdı, vəsatəti təmin etmədi”, Sadıqov Amerikanın Səsinə müsahibəsində bildirib.

Vəkil məhkəmənin süni şəkildə uzadılması qənaətindədir.

“Biz işin süni surətdə uzadılmasından narahatıq. Gözəl Bayramlı da sədrlik edənin nəzərirnə çatdırdı ki, onunla bağlı hər şey aydındır. Məhkəmənin uzadılmamasını xahiş etdi”, o qeyd edib.

Vəkil indiyədək məhkəmənin müdafiə tərəfinin hər hansı vəsatətini təmin etmədiyini deyib. “Məhkəmə birtərəfli aparılır, ittihamın mövqeyindən çıxış edir”, Sadıqov deyib.

Növbəti məhkəmə iclası yanvarın 23-də saat 14-də olacaq.

XS
SM
MD
LG