Accessibility links

Karlar Cəmiyyətinin sədr müavininin məhkəməsi başlayıb


Musa Tukanov
Musa Tukanov

Yanvarın 10-da məhkəmə Azərbaycan Karlar Cəmiyyətinin həbsdəki sədr müavini, eləcə də Azərbaycan Vahid Kommunist Partiyasının (AVKP) rəhbəri olmuş Musa Tukanovu azadlığa buraxmayıb.

Bu barədə onun oğlu Akif Tukanov bildirib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Musa Tukanovun cinayət işi üzrə hazırlıq iclası olub.

Tərəflər işin məhkəmə baxışına verilməsinə etiraz etməyib. M.Tulkanovun müdafiə tərəfi məhkəməyə bir neçə vəsatət təqdim edib. Vəkilləri M.Tulkanovun xəstə, müharibə veteranı, əlil olmasını əsas gətirərək onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini xahiş edib.

Ancaq hakim Samir Əliyevin sədrlik etdiyi məhkəmə kollegiyası vəsatəti rədd edib.

Məhkəmə baxışı yanvarın 17-nə təyin edilib.

Musa Tukanov Karlar Cəmiyyətinin sədr müavini, Azərbaycan Vahid Kommunist Partiyasının (AVKP) rəhbəridir. O, 2017-ci ilin noyabrında saxlanılıb. Binəqədi Rayon Məhkəməsi Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham olunan M.Tukanov barəsində həbs qətimkan tədbiri seçib.

Azərbaycan Vahid Kommunist Partiyası 1993-cü ildə Səyyad Səyyadovun rəhbərliyi ilə təsis edilib. Sonradan partiya iki yerə parçalanıb. Onlardan birinə M.Tukanov rəhbərlik edib. Ancaq partiyanın dövlət qeydiyyatı olmayıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG