Accessibility links

Tbilisi Məhkəməsi azərbaycanlı sahibkarı 6 il həbsə məhkum edib [Auido-müsahibə]


Fərman Ceyranlı həbsini siyasi sifariş hesab edir

Fevralın 8-də Tbilisi Şəhər Məhkəməsi azərbaycanlı sahibkar və həkim, "Lancet" klinikasının təsisçisi Fərman Ceyranlını 6 il azadlıqdan məhrum edib. O, Gürcüstan Cinayət Məcəlləsinin 180 və 247-ci maddəsi (dələduzluq, insan həyatına və saglamlığına təhlükə yaradan məlumatın gizlədilməsi) ilə təqsirli bilinib. Bu barədə Amerikanın Səsinə müsahibəsində Ceyranlının qardaşı Mübariz Hüseynli bildirib.

please wait

No media source currently available

0:00 0:01:45 0:00

F.Ceyranlı məhkəmədə deyib ki, siyasi sifarişlə həbs olunub. Müdafiə tərəfi apellyasiya verəcək.

Bundan öncə vəkillər bildiriblər ki, onun həbsi siyasi motivlidir.Onların sözlərinə görə, F.Ceyranlının barəsində çıxarılan qərarlar qanunsuz olub.

F.Ceyranlı istintaqın təqdim etdiyi kimi klinikanın direktoru yox, təsisçisidir. Həkimin hərəkətinə görə təsisçi məsuliyyət daşımır.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG