Accessibility links

Yalçın İmanovun vəkillikdən uzaqlaşdırlması məsələsinə Gəncədə baxılacaq


Yalçın İmanov
Yalçın İmanov

Hüquqşünas Yalçın İmanovun vəkillik səlahiyyətlərinə xitam verilməsi barədə qərarın təsdiqlənməsi məsələsinə Gəncə Şəhər İnzibati-İqtisad Məhkəməsində baxılacaq. Bu barədə Amerikanın Səsinə Yalçın İmanovun özü bildirib.

Onun sözlərinə görə, hazırlıq iclası fevralın 21-nə təyin edilib. İclasa hakim Rəşid Məmmədov sədrlik edəcək.

İşə İnzibati-İqtisad Məhkəməsində baxılması vəkili təəccübləndirib.

Bundan öncə belə məsələlərə Bakı məhkəmələrində baxılıb. Üstəlik, belə məsələlərə ümumi məhkəmələrdə baxılmalıdır. İnzibati-İqtisad məhkəmələri inzibati orqanlardan şikayətləri araşdırır.

Digər tərəfdən, Bakıda iki İnzibati-İqtisad Məhkəməsinin olduğu halda, niyə işə Gəncədə baxılmalıdır?

Y.İmanov deyib ki, Vəkillər Kollegiyasının Rəyasət Heyəti səlahiyyətlərin dayandırılması haqda qərarın tam mətnini indiyədək təqdim etməyib.

2017-ci il noyabrın 20-də Vəkillər Kollegiyasının Rəyasət Heyəti Yalçın İmanovun səlahiyyətlərini dayandırıb və onun Vəkillər Kollegiyasından kənarlaşdırılması üçün məhkəməyə müraciət edib. Buna vəkili ictimai sabitliyin pozulmasında ittiham edən Penitensiar Xidmətin müraciəti səbəb olub. Y.İmanov isə bildirib ki, öz peşə fəaliyyətini yerinə yetirərək müdafiə etdiyi şəxsə qarşı işgəncə faktlarını açıqlayıb.

Beynəlxalq Hüquqşünaslar Assosiasiyası və Avropa Şurasının insan hüquqları üzrə komissarı Y.İmanovun vəkillikdən kənarlaşdırılması barədə qərarı pisləyib.

XS
SM
MD
LG