Accessibility links

Gözəl Bayramlının apellyasiya şikayətinə baxılacaq


AXCP sədrinin müavini Gözəl Bayramlı
AXCP sədrinin müavini Gözəl Bayramlı

Fevralın 28-də saat 15.30-da Gəncə Apellyasiya Məhkəməsində hakim Teyyub Muxtarovun sədrliyi ilə Gözəl Bayramlının apellyasiya şikayəinə ilkin baxış olacaq. Bu barədə vəkil Elçin Sadıqov Facebook səhifəsində yazıb.

AXCP sədrinin müavini Gözəl Bayramlı bu il yanvarın 23-də Qazax rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 206.1. maddəsilə təqsirli bilinərək 3 il azadlıqdan məhrum edilib.

Vəkilin sözlərinə görə, məhkəmə iclası açıq keçiriləcək və Gözəl Bayramlının iştirakı təmin ediləcək.

Gözəl Bayramlı 2017-ci il mayın 25-də Gürcüstandan qayıdarkən saxlanılıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Mayın 26-da Bakının Səbael Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.

Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən Gözəl Bayramlının əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur.

Gözəl Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır. O, Gürcüstana müalicə məqsədilə getdiyini, son iki ildə Gürcüstanda dörd dəfə əməliyyat olunduğunu bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG