Accessibility links

Azadlıq qəzetinin yayım direktorunun kassasiya şikayəti təmin edilməyib


Faiq Əmirli

Fevralın 27-də Azərbaycan Ali Məhkəməsi hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirlinin kassasiya şikayətini təmin etməyib.

Faiq Əmirli və vəkili Aqil Layıcov məhkəmədən cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyib.

Aqil Layıcov Faiq Əmirliyə qarşı ittihamların əsassız olduğunu bildirib.

“Faiq Əmirlinin Fətullah Gülənin tərəfdarı olması, onun təbliği ilə məşğul olması haqda ittihamda yazılanlar absurddur. “Azadlıq” qəzetinin vergidən yayınması haqğında ittihamın da əsası yoxdur. Vergilər Nazirliyinin 39 min manatlıq mülki iddiasının rədd edilməsini istəyirəm”, vəkil qeyd edib.

Faiq Əmirli çıxışında nəinki fətullahçılıq, ümumiyyətlə dinlə əlaqəsi olmadığını, ittihamların qondarma olduğunu bildirib.

Vəkil Ali Məhkəmənin qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət veriləcəyini deyib.

Faiq Əmirli 2016-cı ilin avqustunda həbs olunub. Səbael rayon Məhkəməsinin hökmü ilə ilə 3 il 3 ay azadlıqdan məhrum edilib. Hökmdə onun 39 min manat vergini ödəməsi əksini tapıb.

Bakı Apellyasiya Məhkəməsi Faiq Əmirlinin işinə baxarkən Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edib və ona 2 il şərti cəza təyin edib. Faiq Əmirli 2017-ci ilin sentyabrında məhkəmə zalından azadlığa buraxılıb.

XS
SM
MD
LG