Accessibility links

Vəkil: Gözəl Bayramlının məhkəməsi süni şəkildə uzadılır [Video]


AXCP sədr müavinin məhkəməsi aprelin 20-dək təxirə salınıb

Aprelin 2-də Gəncə Apellyasiya Məhkəməsində hakim Teyyub Muxtarovun sədrliyi ilə AXCP sədrinin müavini Gözəl Bayramlının apellyasiya şikayətinə baxış davam edib.

Bugünkü məhkmə iclasında məhkəmənin yekun qərarı gözlənildiyi halda prosesə sədrlik edən hakim Teyyub Muxtarov bu işlə əlaqədar videogörüntülərin alınması üçün Dövlət Gömrük Komitəsinə və Dövlət Sərhəd Xidmətinə sorğu göndərildiyini, hələ cavab alınmadığını bildirib. Beləliklə, hakim prosesi aprelin 20-dək təxirə salıb.

Vəkili Elçin Sadıqov bildirib ki, məhkəmənin belə davranışı qanunsuzdur, həm də prosesi süni şəkildə uzaqmaqdır.

“Videogörüntülərlə bağlı məhkəmədə vəsatət qaldırılanda hakimlər onun təmin olunmadığı bildirdi. Axırıncı dəfə məhkəmədə çıxışlar oldu, prokuror hökmün qüvvədə saxlanmasını istədi, mən müdafiə çıxışı etdim, Gözəl Bayramlı son söz dedi. Məhkəmə də qərar vermək üçün müşavirəyə getdi. İndi gəlib deyirlər ki, biz ötən prosesdə vəsatəti təmin etmişik. Bu vəsatətin təmin olunması məhkəmə istintaqının təzələnməsi ilə bağlı məsələdir, buna yekunda müşavirə otağında baxılmır. Hesab edirəm ki, bu, məhkəməni süni şəkildə uzatmaqdır”, o qeyd edib.

Gözəl Bayramlı 2017-ci il mayın 25-də Gürcüstandan qayıdarkən saxlanılıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Mayın 26-da Bakının Səbael Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.

Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən Gözəl Bayramlının əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur.

Gözəl Bayramlı məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıb və onun həbsi siyasi xarakter daşıyır. O, Gürcüstana müalicə məqsədilə getdiyini, son iki ildə Gürcüstanda dörd dəfə əməliyyat olunduğunu bildirib.

XS
SM
MD
LG