Accessibility links

Əfqan Muxtarlının məhkəməsi qeyri-müəyyən vaxtadək təxirə salınıb


Əfqan Muxtarlı
Əfqan Muxtarlı

Jurnalist Əfqan Muxtarlının aprelin 3-də Şəki Apellyasiya Məhkəməsində keçirilməsi nəzərdə tutulan məhkəməsi qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Bu barədə vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib.

Martın 2-də Şəki Apellyasiya Məhkəməsində hakim Rəfael Əliyevin sədrliyi ilə Əfqan Muxtarlının apellyasiya şikayəti üzrə məhkəmə baxışı başlayıb. Şikayətdə Balakəın rayon Məhkəməsinin jurnalisti 6 il həbsə məhkum edən hökmünə xitam və Əfqan Muxtarlıya bəraət verilməsi istənilir. Məhkəmə baxışı qismən məhkəmə istintaqı ilə keçirilir.

Jurnalist Əfqan Muxtarlı 2017- ci il mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etməkdə ittiham olunub.

Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.

Bakıda rəsmi qurumlar iddia edib ki, Əfqan Muxtarlı sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıb və bu məsələnin siyasiləşdirilməsi düzgün deyil.

Bu ilin yanvarında o, məhkəmənin hökmü ilə 6 il həbs cəzası alıb.

Əfqan Muxtarlı ittihamları rədd edərək, Gürcüstandan qaçırılmasını və Azərbaycandakı həbsini "siyasi sifariş" adlandırıb.

Vəkil bu gün AXCP sədrinin müavini Gözəl Bayramlının və jurnalist Əfqan Muxtarlının məhkəmələrinin təxirə salınmasının qanunu əsasının olmadığını bildirib.

“Görünür prezident seçkiləri dövründə bu məhkəmələri keçirmək istəmirlər”, Sadıqov qeyd edib.

Xatırladaq ki, növbədənkənar prezident seçkiləri aprelin 11-də olacaq.

Gözəl Bayramlı 2017-ci il mayın 25-də Gürcüstandan qayıdarkən saxlanılıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Mayın 26-da Bakının Səbael Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.

Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən Gözəl Bayramlının əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur.

Gözəl Bayramlı məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıb, onun həbsi siyasi xarakter daşıyır.

Aprelin 2-də Gəncə Apellyasiya Məhkəməsi Bayramlının məhkəməsini aprelin 20-dək təxirə salıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG