Accessibility links

Jurnalist azadlığa buraxılıb [Video]


Jurnalist azadlığa buraxılıb
please wait

No media source currently available

0:00 0:02:39 0:00

Bu barədə Ali Məhkəmə qərar qəbul edib

Aprelin 4-də Ali Məhkəmə hakim Əli Seyfəliyevin sədrliyi ilə "Kanal 13" İnternet televiziyasının icraçı direktoru, 6 il azadlıqdan məhrum edilmiş jurnalist Əziz Orucovun azadlığa buraxılması barədə qərar qəbul edib.

Vəkil Cavad Cavadov Amerikanın Səsinə bildirib ki, məhkəmə jurnalistin hərəkətində cinayət tərkibinin olmadığını nəzərə alaraq 192.2.2-ci maddə (qanunsuz sahibkarlıq) üzrə ittihamı Ə.Orucovun üzərindən götürüb.

308.2-ci maddə (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) üzrə ittiham isə daha yumşaq - 308.1-ci maddəyə tövsif edilib.

Onun cəza müddəti 3 ilədək azaldılıb və məhkəmə Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edib - üç il sınaq müddəti olmaqla şərti cəzanın tətbiqi və jurnalistin həbsdən azad edilməsi barədə qərar qəbul edib.

Vəkilin sözlərinə görə, yaxın saatlarda jurnalist azadlığa buraxılacaq. Ötən gün Ə.Orucov 14 saylı Cəzaçəkmə Müəssisəsinin tibb məntəqəsinə yerləşdirilib.

Vəkil bildirib ki, ittihamlar məhkəmədə sübuta yetirilməyib.

"Biz Ali Məhkəmədən cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş etmilşik. Ali Məhkəmənin qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəyik", o qeyd edib.

Əziz Orucovun həyat yoldaşı Lamiyə Orucova Amerikanın Səsinə bildirib ki, Əziz Orucovun azad olunmasına görə onu müdafiə edən hər bir şəxsə mintədarlıq edir.

"Mən ailəmiz adından həyat yoldaşımın hüquqlarını müdafiə edən beynəlxalq və yerli hüquq müdafiə təşkilatlarına, ictimaiyyətə minnətdarlıq edirəm", o qeyd edib.

Xatırladaq ki, Ə.Orucov 2017-ci ilin mayında həbs edilib və 2017-ci ilin dekabrın 15-də mühakimə olunub. O, özünü təqsirkar bilməyib.

Hüquq-müdafiə təşkilatları onu siyasi məhbus hesab edirdilər.

Jurnalist azadlığa buraxılıb
please wait

No media source currently available

0:00 0:02:02 0:00

XS
SM
MD
LG