Accessibility links

Müxalifət fəallarının apellyasiya şikayəti təmin edilməyib


Aprelin 5-də Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalları Orxan Baxışlı, Abdulla Mahmudov və Ayaz Qasımovun şikayətlərini təmin etməyib. Onlar müxalifətin 31 mart mitinqi ərəfəsində inzibati qaydada həbs olunub.

Vəkil Əsabəli Mustafayev Amerikanın Səsinə bildirib ki, Apellyasiya Məhkəməsi müdafiə tərəfinin sübutlarına məhəl qoymayıb, gəncləri həbsdə saxlayıb.

A.Mahmudov və O.Baxışlı 30 sutka, A.Qasımov 15 sutka həbs edilib. Onlar polisə tabe olmamaqda ittiham olunur.

Ancaq vəkil qeyd edib ki, gənclər polisə çağırılıb və ora könüllü gediblər.

AXCP hesab edir ki, hakimiyyət gəncləri siyasi motivlərlə həbs edib. Məqsəd 31 mart mitinqinin kütləviliyinin qarşısını almaq olub.

Bu aksiya aprelin 11-nə təyin edilən növbədənkənar prezident seçkilərinin əleyhinə keçirilib.

XS
SM
MD
LG