Accessibility links

Gözəl Bayramlının apellyasiya şikayəti təmin edilməyib [Video]


Gözəl Bayramlı
Gözəl Bayramlı

Aprelin 20-də Gəncə Apellyasiya Məhkəməsi AXCP sədrinin müavini Gözəl Bayramlının apellyasiya şikayətini təmin etməyib. Apellyasiya Məhkəməsi Qazax rayon Məhkəməsinin Bayramlı barədə 3 il həbs hökmünü qüvvədə saxlayıb.

AXCP sədrinin müavini G.Bayramlı 2017-ci il mayın 25-i Gürcüstandan qayıdarkən saxlanılıb. Ona qarşı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Qazax Rayon Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib.

Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən G.Bayramlının əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur. G.Bayramlıməhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır. O, Gürcüstana müalicə məqsədilə getdiyini, son iki ildə Gürcüstanda dörd dəfə əməliyyat olunduğunu bildirib.

Bu gün Gəncə Apellyasiya Məhkəməsində keçirilən prosesdə hakim bildirib ki, Gürcüstan-Azərbaycan sərhədindəki gömrük-buraxılış məntəqəsindəki kameraların görüntülərini almaq üçün Dövlət Sərhəd Xidmətinə və Dövlət Gömrük Komitəsinə sorğu göndərilib. Dövlət Sərhəd Xidmətinin İstintaq İdarəsinin rəisi Mübariz Məmmədovun cavab məktubunda yazılıb ki, həmin görüntülər üçün gömrük komitəsinə müraciət olunmalıdır. Gömrük Komitəsindən isə bildirilib ki, görüntülər bir ay ərzində saxlanılır. Bu hadisədən isə bir ilə yaxın vaxt keçir.

Vəkil Elçin Sadıqov deyib ki, eyni cavab istintaq zamanı da alınıb.

“Biz istintaq zamanı internetdən əldə etdiyimiz bir sənədi təqdim etmişik. Həmin sənəddə göstərilir ki, Dövlət Sərhəd Xidməti 2012-ci ildə aldığı avadanlıqlar görüntüləri uzun müddət yaddaşında saxlamaq qabiliyyətindədir. Belə çıxır ki, Avropa Birliyinin qrantı ilə alınmalı olan avadanlıq alınmayıb, mənimsənilib?” vəkil sual edib.

Dövlət ittihamçısı hökmün qüvvədə saxlanmasını istəyib.

G.Bayramlı həbsinin siyasi sifariş olduğunu deyib.

“Ədalətli qərar gözləmirəm. Nə sifariş verilibsə, o da olacaq. İstəyirsiniz ittihamın ən ağır sanksiyasını verin”, o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG