Accessibility links

REAL: Avropa Məhkəməsinin İlqar Məmmədovla bağlı ikinci qərarı da icra edilmir


Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Respublikaçı Alternatv (REAl) Partiyasının sədri İlqar Məmmədovla bağlı ötən ilin noybarında çıxardığı ikinci qərar da icra edilmir. Bu barədə REAL Partiyası məlumat yayıb.

Məlumatda deyilir ki, qərar bu il martın 5-də qəti hüquqi qüvvəyə mindiyindən və icrası üçün 3 ay müəyyən edildiyindən 5 iyun tarixinə qədər icra edilməli idi.

REAL bildirir ki, qanunvericiliyə əsasən Ali Məhkəmənin Plenumu məsələyə baxaraq aşağı məhkəmələrin qanunsuz hökm və qərarlarını ləğv etməlidir.

Belə ki, Avropa Məhkəməsi ikinci işdə Məmmədovun Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi ilə nəzərdə tutulan ədalətli mühakimə hüuqunun pozulmasını tanıyıb və işdə Məmmədova qarşı istifadə edilən bütün sübutların mötəbər olmadığını qət edib.

“Üç həftədir Ali Məhkəməyə bu məsələ ilə bağlı göndərilən sorğu cavablandırılımır. Sual ondan ibarətdir ki, Məmmədov barəsində Avropa Məhkəməsinin ikinci qərarı Ali Məhkəməyə daxil olubmu və olubsa Plenumun keçirilməsi nə vaxta planlaşdırlır”, partiya qeyd edir.

İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2014-cü ilin mayında İlqar Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Ancaq o hələ də azadlığa buraxılmayıb.

Ötən il dekabrın 5-də Avropa Şurası Nazirlər Komitəsi (AŞNK) AİHM-in İlqar Məmmədovla bağlı qərarının nəzərə alınmamasına görə Azərbaycana qarşı xüsusi prosedura başlanması barədə keçid qətnaməsi qəbul edib.

Xatırladaq ki, AİHM bu iş üzrə ikincvi qərarı 16 noyabr 2017-ci ildə elan edib, qərar martın 5-də qüvvəyə minib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG