Accessibility links

Mehman Hüseynovun məhkəməsi təxirə salınıb [Video]


Mehman Hüseynovun məhkəməsi təxirə salınıb
please wait

No media source currently available

0:00 0:01:31 0:00

Bloger naməlum səbəblərdən prosesə gətirilməyib

İyunun 5-də Ali Məhkəmədə həbsdə olan bloger Mehman Hüseynovun kassasiya şikayətinə baxılması baş tutmayıb. Çünki Penitensiar Xidmət onun prosesə gətirilməsini təmin etməyib.

Prosesə sədrlik edən hakim İmran Hacıqayıbov bildirib ki, M.Hüseynovun məhkəməyə gətirilməsi üçün Penitensiar Xidmətə məktub göndərilib. Ancaq naməlum səbəblərdən o, Ali Məhkəməyə gətirilməyib.

Hakim həmçinin nə xüsusi ittihamçı - Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev, nə də onun nümayəndəsinin iclasa gəldiyini deyib.

Fuad Ağayev
Fuad Ağayev

Öz növbəsində vəkil Fuad Ağayev deyib ki, bir neçə gün öncə M.Hüseynov məlum olmayan səbəblərdən koloniyadan təcridxanaya köçürülüb.

Müdafiə tərəfi Mehman Hüseynovun prosesdə iştirakına təkid edib.

M.Hüseynov özü olmadığına görə hakim prosesin 25 iyun saat 16:00-a keçirilməsi barədə qərar qəbul edib.

M.Hüseynovun işinə ikinci dəfədir ki, Ali Məhkəmədə baxılır.

Birinci dəfə Ali Məhkəmə təkrar məhkəmə istintaqının aparılması üçün işi Bakı Apellyasiya Məhkəməsinə göndərmişdi. Lakin apellyasiya instansiyası ötən ilin oktyabrında yenidən birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Blogerin həbsinə 2017-ci ilin yanvarında Bakının mərkəzində saxlanıldıqdan sonra işğəncəyə məruz qalması barədə bəyanatı səbəb olub. Buna cavab olaraq Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev böhtan barədə iddia qaldırıb. Martın 3-də Suraxanı Rayon Məhkəməsi M.Hüseynovu böhtanda (CM-in 147.2-ci maddəsi) təqsirli bilərək iki il azadlıqdan məhrum edib.

XS
SM
MD
LG