Accessibility links

İlqar Məmmədovun işi yenidən Şəki Apellyasiya Məhkəməsinə qaytarılıb [Natiq Cəfərlinin Amerikanın Səsinə müsahibəsi]


İyunun 30-da Azərbaycan Ali Məhkəməsinin Plenumu Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) İlqar Məmmədovla bağlı qərarının icrası məsələsinə baxıb.

Vəkil Fuad Ağayev bildirib ki, Plenum kassasiya və apellyasiya instansiyalarının qərarını ləğv edərək işi baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarıb.

Bundan öncə Ali Məhkəmə işi bir dəfə Şəki Apellyasiya Məhkəməsinə qaytarmışdı və o, qərarı qüvvədə saxlamışdı.

İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələri ilə əlaqədar həbs olunub və 7 il azadlıqdan məhrum edilib.

AİHM İlqar Məmmədovun həbsinin qanunsuz olması ilə bağlı iki qərar qəbul etsə də Azərbaycan hakimiyyəti onu həbsdə saxlamaqda davam edir.

REAL Partiyasının Məclis üzvü Natiq Cəfərli Amerikanın Səsinə müsahibəsində bildirib ki, Ali Məhkəmənin Pelenumu İlqar Məmmədov və onun vəkilinin iştirakı olmadan qərar qəbul edib.

Natiq Cəfərli: Ali Məhkəmənin qərarı İlqar Məmmədovu daha çox həbsdə saxlamağa xidmət edir
please wait

No media source currently available

0:00 0:03:35 0:00

“Bu artıq ciddi qanun pozuntusudur. İlqar Məmmədov və vəkilinin Plenumun iclasında iştirakı təmin edilməli idi. Çünki Məmmədov və vəkil müdafiə hüququnu həyata keçirməli idi”, o qeyd edib.

O hesab edir ki, Plenumun ilkin məhkəmə qərarlarını ləğv edib, işi yenidən Şəki Apellyasiya Məhkəməsinə göndərməsi məntiqli izahı olmayan qərardır.

“Çünki Şəki Apellyasiya Məhkəməsi bu işə iki dəfə baxıb və ilkin məhkəmə qərarını qüvvədə saxlayıb”.

Natiq Cəfərlinin frikrincə, Ali Məhkəmənin Plenumunun qərarı Avropa Məhkəməsinə cavab vermək xarakteri daşıyır.

“Plenumun iyunun son iş günündə qərar qəbul etməsi də bunu açıq göstərir. Bununla yanaşı, Plenum Avropa Məhkəməsinin qərarını faktiki təsdiq edib. Belə ki, Avropa Məhkəməsi də ilkin məhkəmə qərarlarının səhv olduğunu, siyasi xarakter daşıdığını qeyd edib. Amma İlqar Məmmədov həbsdən azad edilməyib. İşin yenidən Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi sadəcə vaxtın uzadılmasına xidmət edir. Bu, İlqar Məmmədovu mümkün qədər çox həbsdə saxlamağa xidmət edən bir addımdır”, o deyib.

Natiq Cəfərli bu ilin yanvarından Böyük Britaniyadan olan tanınmış vəkil Jeremy McBride-nin də Məmmədovun müdafiəsinə qoşulduğunu bildirib.

“Hazırda səndələrşmə işləri həyata keçirlir. Jeremy McBride Bakıya gəlib İlqar Məmmədovla görüşmək istəyir”.

Bununla yanaşı, Jeremy McBride artıq iki dəfə Azərbaycan xarici işlər və ədliyyə naziliklərinə müraciət etməsinə baxmayaraq, onun ölkəyə buraxılması ilə bağlı məktubuna cavab verilməyib.

İlqar Məmmədovun bu günlərdə Şəki İstintaq Təcridxanasına (Bakıdan 352 kilometr şimal-qərb) köçürüləcəyi gözlənilir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG