Accessibility links

Ali Məhkəmə “Siyəzən məhbuslarının” kassasiya şikayətini təmin etməyib


Ali Məhkəmə
Ali Məhkəmə

Azərbaycan Ali Məhkəməsi iyulun 17-də "Siyəzən işi" üzrə mühakimə edilmiş şəxslərin - Zaur Şəkərov, Coşqun Baxışov, Nizami Qəniyev və Müslüm Əzimovun kassasiya şikayətini təmin etməyib, hökmü qüvvədə saxlayıb.

Məhkumların doğmaların verdiyi məlumata görə, vəkil Elçin Sadıqov kassasiya şikayətində bəraət əsası ilə cinayət işinə xitam verməyi xahiş edib.

Xatırladaq ki 2016-cı il yanvarın 12-də Bakıdan 95 km şimalda Siyəzən şəhərində manatın ucuzlaşmasından sonra çörək və un qiymətlərinin bahalaşmasına qarşı etiraz aksiyası keçirilib.

Rayon icra hakimiyyətindən etirazların iştirakçılarına tələblərini təmin etməyi vəd ediblər, amma gecə həbslər həyata keçirilib.

İyulun 13-də insanlar yenə rayon administrasiyası qarşısına toplaşaraq, saxlanılan şəxslərin azad edilməsini tələb ediblər. Bundan sonra da yeni həbslər olub.

Ümumilikdə 55 nəfər saxlanılıb, onların 11-i sonradan məhkəmə qarşısına çıxarılıb və əmlakı məhv etmə, xuliqanlıq, qanunsuz silah saxlama, ictimai asayişi pozma, qanunsuz narkotik saxlama və polisə müqavimət göstərmə ittihamları ilə 2 ildən 6 ilədək həbs cəzası alıblar.

Yerli hüquq müdafiəçiləri bütün həbs edilənləri siyasi məhbus kimi tanıyıblar.

Qeyd edilən şəxslərdən Zaur Şəkərov və Müslüm Əzimov 6 il, Coşqun Baxışov və Nizami Qəniyev il müddətinə həbs edilib.

XS
SM
MD
LG