Accessibility links

AXCP fəalı məhkəməyə ifadə verməkdən imtina edib


Orxan Baxışlı (Foto Fərqanə Novruzovanındır)
Orxan Baxışlı (Foto Fərqanə Novruzovanındır)

Avqustun 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində AXCP Gənclər Komitəsi Ali Məclisinin üzvü Orxan Baxışlının məhkəməsi olub. O, külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsində ittiham olunur. İşə hakim Mahmud Ağalarovun sədrliyilə baxılır.

Avqustun 14-də keçirilən hazırlıq iclası kimi bu proses də yarıqapalı keçirilib. Belə ki, fəalın valideynlərindən və Qərb ölkələri səfirliklərinin nümayəndələrindən başqa zala heç kim buraxılmayıb.

Məhkəmə O.Baxışlının "dəmir qəfəs"dən çıxarılması barədə müdafiə tərəfinin vəsatətini təmin etməyib. İclasda ittiham aktı elan edilib.

O.Baxışlı ittihamın yalan olduğunu bildirib və özünü təqsirli bilməyib. O, etiraz olaraq ifadə verməkdən imtina edib. Sonra gənc fəalı saxlayan polislər şahid qismində çıxış ediblər.

O.Baxışlı mayın 6-da saxlanılıb. Onun üzərindən 6 qram heroin tapıldığı iddia olunur. Gənc fəal ittihamı rədd edir, narkotik maddənin cibinə polislər tərəfindən atıldığını deyir.

Həbsdən bir neçə gün öncə - mayın 3-də Beynəlxalq Mətbuat Azadlığı Günü ilə əlaqədar mərhum jurnalist Elmar Hüseynovun məzarı önündəki toplantıda O.Baxışlı jurnalistin ölümündə ölkə hakimiyyətini ittiham edib. Həmkarlarının fikrincə, həbsin səbəbi budur.

Hüquq müdafiəçiləri O.Baxışlını siyasi məhbus kimi tanıyır.

XS
SM
MD
LG