Accessibility links

Prokuror AXCP fəalına 7 il həbs istəyib


Prokuror Orxan Baxışlıya 7 il həbs istəyib
please wait

No media source currently available

0:00 0:01:27 0:00

Orxan Baxışlı həbsinin siyasi sifariş olduğunu bildirib

Sentyabrın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz narkotik dövriyyəsində ittiham edilən Azərbaycan Xalq Cəhbəsi Partiyasının (AXCP) fəalı Orxan Baxışlının məhkəmə prosesi davam etdirilib. Dövlət ittihamçısı Baxışlıya 7 il həbs istəyib.

Məhkəmə nəzarətçiləri insanları məhkəmə zalına seçmə üsulu ilə buraxıb. Jurnalsitlər məhkəmə zalına buraxılmayıb.

Siyasi fəalın anası Kəmalə Rəhimli Amerikanın Səsinə müsahibəsində oğlunun həbsinin siyasi sifariş olduğunu bildirib.

“Oğlum siyasi fəaliyyətinə görə uydurma ittihamla həbs edilib. Prokuror həddindən artıq çox cəza istədi. Məhkəmədə oğlumun günahı sübut olunmayıb. Ümid edirəm ki, məhkəmə oğlumun günahsız olduğunu tanıyacaq və ədalətli qərar qəbul edəcək”, o qeyd edib.

Orxan Baxşlı bu il mayın 6-da saxlanılıb, üzərindən 6 qram heroin aşkarlındığı bildirilib. Siyasi fəal ittihamı rədd edərək narkotik maddənin cibinə qoyulduğunu deyib.

Baxışlının həbsi 2005-ci ilin martında qətlə yetirilmiş jurnalist Elmar Hüseynovun məzarı başında mayın 3-dəki çıxışından bir neçə gün sonraya təsadüf edir. O, hakimiyyəti jurnalistin ölümündə ittiham etmişdi.

XS
SM
MD
LG