Accessibility links

Prokuror “Eurovision” ərəfəsində terror planlaşdıranlardan üçünə cəza istədi


“Sing for democracy” kampaniyası Eurovision iştirakçılarının Azərbaycanda insan hüquqlarına yardım etməsini istəyir
“Sing for democracy” kampaniyası Eurovision iştirakçılarının Azərbaycanda insan hüquqlarına yardım etməsini istəyir

Proses noyabrın 12-də davam etdiriləcək

Bakı Ağır Cinayətlər Məhkəməsində “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində Azərbaycanda silsilə terror aktı həyata keçirməyi planlaşdırmaqda təqsirləndirilən Samir Sanıyev və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Vəkil Nemət Kərimlinin APA-ya verdiyi məlumata görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə qapalı keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, Samir Sanıyev və digər iki nəfərin ömürlük, 13 nəfərin 15 il, digərlərinin isə 9 ildən 10 ilədək azadlıqdan məhrum edilməsini istəyib.

Proses noyabrın 12-də davam etdiriləcək.

Qeyd edək ki, ötən il musiqi yarışması ərəfəsində Milli Təhlükəsizlik Nazirliyi (MTN) antiterror əməliyyatı keçirib.

Əməliyyatlar nəticəsində mahnı müsabiqəsi ərəfəsində Bakı şəhərində ayrı-ayrı qruplar tərkibində terror-təxribat aksiyalarını törətmək, kütləvi şəkildə adamların həlak olması məqsədilə partlayışlar və silahlı basqınlar təşkil etmək istəyən mütəşəkkil dəstə zərərsizləşdirilib.

Araşdırmalar zamanı məlum olub ki, dəstə üzvləri cari ilin aprel ayının əvvəlində Azərbaycan prezidentinin Şimal-Qərb bölgəsinə planlaşdırılan səfəri zamanı dövlət başçısına qarşı terror aktı həyata keçirməyi, eyni vaxtda hüquq-mühafizə orqanlarına silahlı basqınlar təşkil etməyi, əhali arasında müqəddəs sayılan bir sıra ziyarətgahları partlatmağı, əcnəbilərin daha çox olduqları və qaldıqları “Hilton Baku” və “JW Marriot Hotel Absheron” və digər mehmanxanalarda, “Baku Crystal Hall”da və Dövlət Bayraq meydanında irimiqyaslı partlayışlar törətməyi planlaşdırıblar.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG