Accessibility links

Əfqan Muxtralı ev dustaqlığına buraxılmayıb [Vəkil Nemət Kərimli ilə müsahibə]


Əfqan Muxtarlı (Foto Muxtarlının facebook səhifəsindən götürülüb)
Əfqan Muxtarlı (Foto Muxtarlının facebook səhifəsindən götürülüb)

Jurnalist yaxınlarının yas mərasimində iştira etmək istəyir

Yanvarın 5-də Balakən rayon Məhkəməsində jurnalist Əfqan Muxtarlının işi üzrə prosesdə müdafiə tərəfi həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatət qaldırıb, bu barədə Amüerikanın Səsinə müsahibəsində vəkil Nemət Kərimli bildirib.

Vəkil Nemət Kərimlinin Amerikanın Səsinə müsahibəsi
please wait

No media source currently available

0:00 0:03:16 0:00

"Dekabrın 31-də Əfqan Muxtarlının yaxın qohumları faciəvi şəkildə həlak olub və biz onun doğmaları ilə görüşə və yas mərasimində iştirak edə bilməsi üçün qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsini xahiş etdik", Kərimli bildirib.

Həbs müddəti uzadıldığı gündən etibarən onun həbsdə saxlanılmasını əsaslandıran hallar dəyişib və o, şahidlərə təzyiq göstərə bilməz, vəkil qeyd edib.

Müdafiə tərəfi Muxtarlının dəfn mərasiminə buraxılması üçün ombudsmana və Penitensiar Xidmətə müraciət edib, amma heç bir cavab almayıb.

Cəzaların İcrası Məcəlləsi həbsdə olanların yas mərasiminə buraxılmasını nəzərdə tutur. Hətta mühakimə olunmuş şəxslər üçün belə yaxın qohumlarının ölümü ilə əlaqədar 7 günlük məzuniyyət nəzərdə tutulub.

Qanunvericilikdə məhbusun qısa müddət üçün azad edilməsinə birbaşa qadağa da yoxdur. Bundan başqa, presedent var. Vaxtilə jurnalist Rauf Mirqədirov istintaq altında olarkən atasının dəfninə buraxılmışdı.

Digər tərəfdən, həbsdə olan şəxs hələ cinayətkar kimi tanınmayıb və onun yaxın qohumlarının dəfnində iştirak etmək hüququnu məhdudlaşdırmaq olmaz, vəkil qeyd edib.

Muxtarlı kədərdən sarsılıb və bu, şəkərli diabetin kəskin formasından və hipertoniyadan əziyyət çəkən jurnalistin səhhətinə mənfi təsir edir. Bununla belə, məhkəmə müdafiə tərəfin vəsatətini təmin etməyib.

Proses yanvarın 12-də davam etdiriləcək.

Xatırladaq ki, dekabrın 31-də Zaqatala şəhərində kirayə qaldıqları evdə Muxtarlının bacısı, bacısı qızı və qardaşı qızının meyiti aşkar edilib. İstintaq ölümün dəm qazından və ya qidadan zəhərlənmə nəticəsində baş verməsi versiyası üzərində işləyir.

Jurnalist Əfqan Muxtarlı mayın 29-da Tbilisinin mərkəzindən müəmalı şəkildə Azərbaycana gətirlib. Jurnalistin sözlərinə görə, bunu Gürcüstan kriminal polisinin işçiləri Azərbaycan hüquq-mühafizə orqanları ilə birlikdə edib.

Növbəti gün Muxtarlı Bakıya gətirilib, burada məhkəmə onu üç maddə (315 - hakimiyyət nümayəndəsinə müqavimət göstərmə, 318.1 - sərhədi qanunsuz keçmə və 206.1 - qaçaqmalçılıq) ilə ittiham edərək həbs edib.

Muxtarlı yerli və beynəlxalq hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb. Həmkarları onun Azərbaycanda korrupsiya haqqında tənqidi nəşrlərinə görə təqib edildiyini düşünür.

XS
SM
MD
LG