Accessibility links

Mehman Əliyev: İslahatlar media azadlıqlarından başlayır


Mehman Əliyev: İslahatlar media azadlıqlarından başlayır
please wait

No media source currently available

0:00 0:12:28 0:00

2019-cu il Azərbaycanda siyasi hadisələrlə zəngin bir il kimi yadda qalır. İl ərzində Azərbaycan hökumətində islahatlar kimi təqdim edilən kadr dəyişiklikləri edildi. Müşahidəçilər eyni zamanda, 2019-cu ildə keçirilən siyasi aksiyaları da qeyd edir. Turan İnformasiya Agentliynin direktoru Mehman Əliyev Amerikanın Səsinə müsahibəsində 2019-cu ilin siyasi yekunları və Azərbaycanda medianın durumundan danışıb.

Mehman Əliyev ötən il ərzində Azərbaycan hökumətində kadr dəyişikliklərinin aparılmasını, köhnə kadrların yenilərlə əvəz edilməsini müsbət bir hal kimi qiymətləndirdiyini deyib. “Keçmiş kadrların getməsi özü-özlüyündə kifayət qədər müsbətdir. Çünki kadrlar gəlməlidir, çünki yeni çağırışlar var ölkədə, bu, daxili çağırışlardır, xarici, regional çağırışlardır və ona görə də bunlara operativ şəkildə cavab vermək lazımdır. Biz sistemli böhran içindəyik. Bu da reallıqdır və problemlərimiz çoxdur.”

Hələ ki, Azərbaycan mediasında azadlıqdan danışmaq olmaz. Mən vaxtı ilə demişəm: `islahatlar media azadlıqlarından başlayır.`

Mehman Əliyev hakimiyyətdaxili dəyişikliklərə baxmayaraq, hələlik hakimiyyət və cəmiyyət arasında münasibətlərdə dəyişikliyin müşahidə edilmədiyini deyib. O, 2019-cu ildə Azərbaycan cəmiyyətində müşahidə edilən fəallığı xüsusi qeyd edib. “Mən xatırlatmaq istəyirəm ki, 17 yanvar Avropa Parlamenti Mehman Hüseynovla bağlı qərar çıxarıb, 19 yanvar böyük bir mitinq olur və bu mitinqin nəticəsində hakimiyyət kifayət qədər ciddi sosial təminatlı addımlar atdı. Onun dalınca 51 nəfər siyasi məhbusun azadlığa buraxılması, mart ayında amnistiya olur və sonradan mən qeyd etmək istəyirəm, Tərtər işi, Gəncə işi, başqaları, burada kifayət qədər aktiv idi insanlar, öz hüquqlarını, yaxınlarını müdafiə edirdilər. Ümumiyyətlə, cəmiyyət özü bu proseslərdə iştirak etməyə başladı. Sosial şəbəkələrin aktivliyi artdı və payız aylarında da təzədən 19 oktyabr mitinqi cəhdi, onun qarşısının kobud şəkildə alınması, bunları müşahidə etdik. Oqtay Gülalıyevin vurulmağı, başqa proseslər var. Bu parallel gedir. Yəni hakimiyyət bir tərəfdən bu çağırışlara cavab verərək hərəkət edir, cəmiyyət də öz təpkisini göstərdi və öz iradəsini ortalığa qoydu.”

Mehman Əliyev növbədənkənar parlament seçkiləri ilə əlaqədar müşahidə edilən aktivlik, çox sayda insanın namizədliyini irəli sürməsinin cəmiyyətdə ictimai-siyasi fəallığın artmasına gətirib çıxara biləcəyinə inandığını deyib. “Bu gün insanlar kifayət qədər aktivdir sosial şəbəkələrdə və əlbəttə ki, seçkilər kimi ciddi bir proses, ciddi bir hadisə qıraqda qalmayacaq və insanlar ona böyük diqqət göstərəcəklər."

Mehman Əliyev Azərbaycanda media azadlığının ciddi məhdudiyyətlərlə qarşılaşdığını, mediaya hökumətin tərəfindən güclü nəzarət edildiyini xüsusi vurğulayıb. “Mən qeyd etmək istəyirəm ki, hələ ki Azərbaycan mediasında azadlıqdan danışmaq olmaz. Mən vaxtı ilə demişəm, `islahatlar media azadlıqlarından başlayır`. Haçansa Azərbaycanda media azadlığı olacaqsa, mən onda deyə bilərəm ki, Azərbaycanda islahatlar başladı, islahatlar gedir. Hələ ki hakimiyyətin bu islahatları media ilə bağlı münasibətlərini və baxışlarını dəyişməyib."

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG