Accessibility links

Mehman Əliyev: Mediada şantaj kritik həddə çatıb


Prezident İlham Əliyevin oktyabrın 15-də keçirdiyi iqtisadi müşavirədə mətbuatla bağlı fikirləri yerli mediada və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Prezident İlham Əliyevin yanında iqtisadi müşavirə
Prezident İlham Əliyevin yanında iqtisadi müşavirə

İlham Əliyev: Mətbuat bir növ daxili mübarizə növünə çevrilib.

Prezident İlham Əliyev deyib ki, iqtidarda olan bəziləri islahatlara qarşı çıxış edir və islahatlar onların şəxsi maraqlarına toxunur”.

Onun sözlərinə görə, həmimn adamlar islahatlara mane olmaq üçün mediadan istifadə edir.

Dözülməz vəziyyətdir. Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir. Çünki islahatlara alternativ yoxdur.
İlham Əliyev, Azərbaycan prezidenti

“İslahatlara meylli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda. Mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu, dözülməzdir. Mən indi dərinə getmək istəmirəm. Amma bildirməliyəm: bu, dözülməzdir, bir hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir. Prezidentin tapşırığı ilə onların apardığı islahatların üzərinə kölgə salınır. Dözülməz vəziyyətdir. Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir. Çünki islahatlara alternativ yoxdur. Kim bu yolun yolçusudursa, əlbəttə, işləyəcək. Amma kim buna qarşı çıxır və altdan-altdan bizim işimizə mane olmaq istəyir, əlbəttə ki, biz belə adamlarla bir yolun yolçusu ola bilmərik. Ona görə bir də demək istəyirəm ki, əhali də bilsin və hər kəs mənim sözümü eşitsin. Çox güclü siyasi iradə ortaya qoyulub. Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq. Heç kim bu işdə bizə mane ola bilməz,” prezident qeyd edib.

Bununla yanaşı, dövlət başçısı konkret adlar çəkməyib.

Mehman Əliyev: Mediada şantaj kritik həddə çatıb
please wait

No media source currently available

0:00 0:05:08 0:00

Mehman Əliyev: Hakimiyyət mediadan rəqiblərinə, rəqibləri də onlara qarşı istifadə edir

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Amerikanın Səsinə müsahibəsində bildirib ki, mətbuatın hakimiyyətdaxili savaş vasitəsinə çevrilməsi həqiqətdir.

“Təəssüflər olsun ki, bu proses 90-cı illərin sonlarından başlayıb. Bu daha çox hakimiyyətin özündən gələn bir siyasət idi. O zamanlar xəbərdar edirdik ki, bu proses çox pis nəticələrə gətirib çıxara bilər. Biz bu gün feyk xəbərləri görürük, müəyyən şəxslərə qarşı məlumatların, təhlillərin qərəzli formada istifadə olunmasını görürük. Bu həm də gündən-günə şiddətlənir. Məsələ artıq cəmiyyətdə kifayət qədər kritik həddə gəlib çatıb,” o qeyd edib.

Böyük problem odur ki, Azərbaycanda ənənəvi, keyfiyyətli media sıradan çıxarılıb və meydan peşəkar olmayan insanlara verilib.
Mehman Əliyev, Turan Agentliyinin direktoru

Mehman Əliyev hakimiyyət daxilində biri-digərini mətbuat vasitəsi ilə şantaj etməsi barədə danışarkən deyib ki, komanda daxilində qrupların və şəxslərin savaşı mövcuddur.

“Burada daha çox maraqlar toqquşur, iqtisadi maraqlar var. Təəssüf ki, məmurların böyük hissəsi bizneslə məşğuldur. Bu, problemdir. Bu təkcə hakimiyyətdaxili problem deyil, həm də hakimiyətlə cəmiyyət arasında olan ciddi problemdir. Hakimiyyət mediadan öz rəqiblərinə qarşı isatifadə edir. Rəqibləri də onlara qarşı mediadan istifadə edir. Bu problem həm də gündən-günə şiddətlənir. Bu nə cəmiyyətə, nə dövlətə bir xeyir gətirməyəcək,” Əliyev bildirib.

Turan Agentliyinin direktoru hesab edir ki, ölkədə azad meidıann bərpası üçün ümumi siyasətdə dəyişiklik edilməlidir.

“Ölkədə islahatlar bütün sahələri əhatə edərsə, bunun azad mətbuat ruhunun yaranmasına da təsirləri olacaq. Ancaq, mətbuatı ayrılıqda sağlamlaşdırmaq çox çətin olar.”

Onun fikrincə, hazırda Azərbaycanda söz və mətbuat azadlığı yoxdur.

“Böyük problem odur ki, Azərbaycanda ənənəvi, keyfiyyətli media sıradan çıxarılıb və meydan peşəkar olmayan insanlara verilib.”

Mehman Əliyev hesab edir ki, vəziyyətdən çıxış üçün hakimiyyətin mesajları bəs etmir.

“İslahatlar bütün sahələri əhatə etməlidir. O cümlədən media sahəsində ciddi addımlar atılmalıdır. Hakimiyyət indiki siyasətdən çəkilib yeni münasibətlər qurmaq istməlidir,” o qeyd edib.

XS
SM
MD
LG