Accessibility links

Mehman Əliyev: Medianın həqiqətə xidmət prinsipi birinci olmalıdır


Turan Informasiya Agentliyinin direktoru Mehman Əliyev Amerikanın Səsinə müsahibəsində Azərbaycanda medianın mövcud durumundan danışıb.

Amerikanın Səsi: Azərbaycan hökuməti ölkədə media ilə əlaqəli yüksək vəzifəli şəxsləri vəzifəsindən azad edib. Yeni kadrlar media sahəsindəki problemlərin həlli istiqamətində hansı işlər görüb? Medianın indiki durumu əvvəlkindən nə ilə fərqlənir?

Hansısa vahid siyasət, ya hansısa yeni bir siyasətin ortalığa qoyulmasını görmürəm

Mehman Əliyev: Kadrların dəyişməsindən danışanda birinci növbədə əsas ideoloqlarımız Ramiz Mehdiyev, bir də ki, ictimai-siyasi məsələlər üzrə prezidentin köməkçisi Əli Həsənovdan söhbət gedir. Bu siyasəti onlar formalaşdırırdı. Əslində, baxış belədir ki, onları əvəz eləyən adamları mən görmürəm. Hansısa vahid siyasət, ya hansısa yeni bir siyasətin ortalığa qoyulmasını görmürəm. Çünki bununla bağlı hər hansı sənəd olmalıdır. O da yoxdur. Dəyişikliklərə gəldikdə, mən heç bir dəyişiklik görmürəm. O mənada ki, televeziya kanalları, internet mediası, çap mediası durumunda ciddi dəyişiklik yoxdur və əslində onların hakimiyyətdən aslılığı qalır. Bircə televiziya kanallarında zahirən studiyaların formalaşdırılmasında müəyyən bir dəyişikliklər baş verir. Ancaq üst dəyişikliklər. Onların mahiyyətində, məzmununda dəyişikliklər yoxdur.

Mehman Əliyev: Medianın həqiqətə xidmət prinsipi birinci olmalıdır
please wait

No media source currently available

0:00 0:04:50 0:00

Amerikanın Səsi: Artıq neçə illərdir ki, dünyanın aparıcı media qurumları Azərbaycanda ofislərini bağlayıb. Ölkə media azadlığı indeksinə görə dünyada sonuncu yerləri bölüşür. Bu istiqamətdə hansı addımlar atılmalıdır?

Prezident tərəfindən siyasi iradə ortalığıa qoyulmalıdır. Biz bu siyasi iradəni görmürük.

Mehman Əliyev: Bilirsinizmi, addımların atılması birinci siyasi iradədən gəlir. Prezident tərəfindən siyasi iradə ortalığa qoyulmalıdır. Biz bu siyasi iradəni görmürük. Ona görə də hər hansı bir siyasətdən söz gedə bilməz. Bizdə güclü prezident repsublikasıdır. Ona görə də bu siyasi iradə ortalığa qoyulmalıdır. Ondan sonra isə medianın fəaliyyəti və inkişafı haqqında proqram olmalıdır. O, bütün aspektləri əhatə edir. Burada yaradıcılıq və iqtisadi aspektlər də var. Bunun əsasında da dövlət və media münasibətləri, dövlət və ictimaiyyət münasibətləri siyasəti qurulur. Yəni kompleks şəkildə bunları eləmək lazımdır. Onda dəyişikliklər baş verə bilər. Əlbəttə, mən yenə qeyd etmək istəyirəm ki, bunun əsasında medianın həqiqətə xidmət prinsipi birinci yerdə olmalıdır.

Amerikanın Səsi: Azərbaycan höküməti bir neçə ildir ki, juranistlərə ev verir. Hökumət jurnalistlərə hansı səbəbdən mənzil bağışlamalıdır. Buna necə baxırsınız?

Medianın iqtisadi vəziyyəti kifayət qədər ağır olaraq qalır. Belə bir şəraitdə Azərbaycanda medianın azad olması və azad fəaliyyəti üçün heç bir şərait yoxdur.

Mehman Əliyev: Hökumət ev bağışlamamalıdır. Hökümət şərait yaratmalıdır ki, media pul qazanıb özünə mənzil alsın. Redaksiyalar ev də tikə bilər. Əgər pulları varsa öz işçilərinə mənzillər paylaya bilər. Mən baxış keçirtdim 2019-cu ildə KİV-in gəlirlərinə, vəziyyət acınacaqlıdır. Təxminən 7 milyon yarım manat reklamdan və başqa istiqamətlərdən qazanc olub. Əslində statistika komitəsi bu illəri statistik hesabatların kvalivikasiyasına (dərəcəsi-red) dəyişikliklər edib. Faktiki olaraq elə bir hesabat verib ki, orada oxucunu çaşdırır. Orada çox çətindir, tapmaq ki, nə qədər qazanıb və s. Demək istəyirəm çap mediası, TV kanalları və online media. Ancaq ona baxmayaraq, mən təhlil elədim və təhlil göstərdi ki, medianın iqtisadi vəziyyəti kifayət qədər ağır olaraq qalır. Belə bir şəraitdə Azərbaycanda medianın azad olması və azad fəaliyyəti üçün heç bir şərait yoxdur.

Amerikanın Səsi: Sizcə media azadlığı sahəsinə ilk olaraq hansı işlər görülməlidir?

Azərbaycan mediasını dirçəltmək üçün geniş proqram olmalıdır.

Mehman Əliyev: Yenə qayıdırıq həmin suala. Ortada bir proqram olmalıdır. Əgər biz istəyirik ki, sağlamlaşdıraq burada birinci prinsip işləməlidir, həqiqətə xidmət. Bunda hər şey keçir. Ondan sonra gəlir peşə səviyyəsi, jurnalistlərin etik normaları qaydaları, başqa məsələlər də var. Bunun üçün geniş bir proqram olmalıdır. Yəni, Azərbaycan mediasını dirçəltmək üçün geniş proqram olmalıdır. Bundan başqa yol görmürəm.

XS
SM
MD
LG