Accessibility links

Mehman Əliyevin apellyasiya şikayətinə baxılacaq


Mehman Əliyev
Mehman Əliyev

Turan İnformasiya Agentlyinin direktoru Mehman Əliyevin Apellyasiya Məhkəməsi avqustun 30-na təyin olunub. Bu barədə vəkil Fuad Ağayev bildirib.

Əliyevə qarşı Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırma Departamentində Cinayət Məcəlləsinin 213.1 (vergidən yayınma), 308.1 (vəzifədən sui-istifadə) və 192.1 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb. Yasamal rayon Məhkəməsinin hakimi Azər Tağıyev istintaq orqanının təqdimatını təmin edib və Mehman Əliyevin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Avqustun 28-də Turan agentliyinin demək olar ki, bütün əməkdaşları Vergi Cinayətlərinin İbtidai Araşdırma Departamentində dindirilib. Eyni zamanda, departamentin əməkdaşları agentliyin son bir neçə illik sənədlərini götürüblər.

Bir neçə gün əvvəl agentlikdə axtarış aparılıb, sənədlər və müsahibin komputeri götürülüb.

Bir çox beynəlxalq təşkilatlar, o cümlədən ABŞ və başqa Qərb dövlətləri Mehman Əliyevin həbsindən dərin narahatlıqlarını ifadə ediblər.

XS
SM
MD
LG