Accessibility links

Mehman Hüseynov: Jurnalistikanın ən sərt yolunu seçmişəm və bu yolla da gedəcəm


Mehman Hüseynov: Jurnalistikanın ən sərt yolunu seçmişəm və bu yolla da gedəcəm
please wait

No media source currently available

0:00 0:05:15 0:00

Mehman Hüseynov: Jurnalistikanın ən sərt yolunu seçmişəm və bu yolla da gedəcəm

Bloger Mehman Hüseynov iki illik həbsdən sonra bu gün azadlığa buraxılıb.

Mehman Hüseynov azadlıqdan çıxdıqdan sonra ilk olaraq 14 il əvvəl evinin kandarında odlu silahla qətlə yetirilən Monitor jurnalının baş redaktoru Elmar Hüseynovun qəbrini ziyarət edib. Bu zaman jurnalistlər, ictimai-siyasi xadimlər Elmar Hüseynovun qəbri başında onun xatirəsini yad edirdi.

Mən yenə də Elmar Hüseynovun azad jurnalistika yolunu davam etdirəcəm.

Mehman Hüseynov bildrirb ki, iki il öncə sonuncu çıxışını da məhz martın 2-də Hüseynovun məzarı başında edib və martın 3-də həbs olunub. "Mən yenə də Elmar Hüseynovun azad jurnalistika yolunu davam etdirəcəm"deyə o bildirib.

Turan agentliyinin direktoru Mehman Əliyev bildirib ki, Elmar Hüseynovun qətli azad jurnalistikanın susdurulmasına hesablansa da buna nail ola bilməyiblər. O Hüseynovun qətlinin təşkilatçıları və sifarişçilərinin tezliklə tapılacağına ümid edir.

Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər Elmar Hüsenovun qatillərinin tapılamamsına görə hazırki iqtidarı günahkar sayır.

Müsavat başqanı Arif Hacılı isə hökumətin azad media və siyasi həbslərlə bağlı mövqeyini tənqid edib. O bütün siyasi məhbusların, o cümlədən jurnalist və blogerlərin həbsdən azad edilməsini vacib sayır.

Monitor jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci il martın 2-də güllələnib. Azərbaycan rəsmiləri qətlin tezliklə açılacağını, qatillərin və sifarişçilərin həbs ediləcəyini bildirsə də bu günədədk bu baş verməyib. Qanun jurnalının baş redaktoru Şahbaz Xuduoğlu jurnalistlərin müstəqil istintaq qrupunun hüquq mühafizə orqanlarından fərqli olaraq daha çox nəticələrə nail olduğunu bildirib.

Mehman Hüseynov Elmar Hüseynovun qəbri önündə
Mehman Hüseynov Elmar Hüseynovun qəbri önündə

Mehman Hüseynov Amerikanın Səsinə qısa müsahibəsində bildirib ki, həbs həyatından deyil, Elmar Hüseynovun azad jurnalitika yolundan danışacaq.

Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib.

Mehman Hüseynov həbsinin sosial şəbəkələrdə yaydığı videolarla bağlı olduğunu bildirib.

​Həbsdə olan bloger Mehman Hüseynova qarşı 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılıb. O, cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunub. Bloger ittihamın yalan və böhtan olduğunu bildirərək aclıq aksiyasına başlatyıb. Blogerin aclıq elan etməsi və ona qarşı münasibət beynəlxalq və yerli ictimaiyyət tərəfindən kəskin tənqidlərlə qarşılanıb.

Nəhayət yanvarın 22-də prokurorluq bloger barəsində qaldırılmış yeni cinayət işinə xitam verib. Prokurorluğun cinayət işinə xitam verməsi prezident İlham Əliyevin Mehman Hüseynovun yazdığı bildirilən müraciətə dərhal reaksiya verməsindən bir gün sonraya təsadüf edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG