Accessibility links

Mehman Hüseynov: “Ya haqsızlığa son qoyulacaq, ya da ac və susuz qalaraq öləcəm"


Mehman Hüseynov
Mehman Hüseynov

Bloger quru aclığı davam etdirir

“Mehman Hüseynovun səhhəti çox kritik vəziyyətdədir. Hüseynov dekabrın 26-dan quru aclıq edir. Yemək yemir və su içmir. Üç gün ac və sussuz qaldığına grə səhhəti çox zəifləmişdi və çox pis idi. O ayaq üstə dayana bilmirdi. Hər iki tərəfdən - sağdan və soldan qolundan tutub bizimlə görüşə gətirdilər. O qədər halsız idi ki, vəkillərlə görüş otağına daxil olan kimi yerə yıxıldı”. Bu barədə dekabrın 28-də 14 saylı cəzaçəkmə müəssisəsində saxlanılan bloğer Mehman Hüseynovla görüşündən sonra vəkil Şəhla Hümbətova Amerikanın Səsinə müsahibəsində bildirib.

please wait

No media source currently available

0:00 0:01:53 0:00

Vəkil deyib ki, müdafiəçiləri blogerdən heç olmazsa su içməsini xahiş edib.

Bloger ayaq üstə dayana bilmirdi. Hər iki tərəfdən - sağdan və soldan qolundan tutub bizimlə görüşə gətirdilər. O qədər halsız idi ki, vəkillərlə görüş otağına daxil olan kimi yerə yıxıldı.
Vəkil Şəhla Hümbətova

“O bizim xahişimizi qəbul etmədi. Bəyanatı da belədir ki, ona qarşı haqsızlıq baş verir, böhtan atılır, olmayan hadisəyə görə cinayət işi açılıb. Dünən ona Cinayət Məcəlləsinin 317.2 maddəsi ilə (Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşını, habelə məhkumu onun islah olunmasına mane olmaq və ya ictimai vəzifələrini yerinə yetirməsinə görə ondan intiqam almaq məqsədi ilə zor tətbiq etməklə hədələmək, onların həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmək, 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur) ittiham elan olundu. Mehman ifadəsində bildirdi ki, heç bir hadisə baş verməyib, Əli Abdalovu vurmayıb. Ona heç yaxınlaşmayıb da, Əli Abdalov özü yerə yıxılaraq `məni vurdu` qışqırıb”.

Vəkilin sözlərinə görə, Mehman Hüseynov ona qarşı baş verən haqsızlığa son qoyulanadək ac və susuz qalacağını bildirib.

“Ona həkim ayrılıb. Biz orada olanda həkim çağırdıq. Həkim gəlib təzyiqini ölçdü, müayinə etdi.”

Bloger vəkilləri vasitəsi bəyanatının yayılmasını da istəyib.

“O bildirir ki, hüquqları pozulur. Ona şər, böhtan atılır. Onu azadlığa buraxmamaq üçün təxribat törədiblər və bu məqsədlə yeni cinayət işi açılıb. Ona qarşı elan edilən ittiham 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur. Ona görə Mehman ombudsmana, ölkə prezidentinə, birinci vitse-prezidentə, baş prokurora ərizələr də yazıb. Sadəcə olaraq məlumat kimi bildirib ki, ona qarşı haqsızlıqlar baş verir. O yazır ki, o vaxta qədər ac və susuz qalacaq ki, ya buna son qoyulacaq, ya da öləcək”, vəkil Amerikanın Səsinə müsahibəsində bildirib.

Penitensiar Xidmət hələ blogerin aclıq etməsi və səhhəti ilə bağlı məlumat yaymayıb.

“Aclıq edən şəxs digət məhbuslardan təcrid olunur, həkim nəzarətinə verilir. Eyni zamanda qidanın qəbulundan imtina etmiş şəxs gərək qərarını əsaslandırsın. Əgər Mehmanla bağlı belə hal varsa qanuni tədbirlər görüləcək", Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov dekabrın 28-də Amerikanın Səsinə bildirib.

Mehman Hüseynov
Mehman Hüseynov

Dekabrın 26-da 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən bloger Mehman Hüseynova müəssisənin inspektoru Əli Abdalova xəsarət yetirməsi ittihamı ilə Bakı şəhəri Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə cinayət işi başlayıb.

Mehman Hüseynov 2017-ci il martın 3-də Bakının Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib.

Bloger həbsindən iki ay öncə saxlanılarkən polisdə işgəncəyə məruz qaldığını açıqlamışdı.

O, həbsinin sosial şəbəkələrdə yaydığı ifşaedici videolarla bağlı olduğunu bildirib.

Mehman Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksək vəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. Videolar geniş ictimai müzakirələrə yol açıb. Onun Facebook səhifəsinin 350 minə yaxın izləyicisi var.

Ancaq hakimiyyət rəsmiləri Azərbaycanda jurnalist və blogerlərin peşə fəaliyyəti ilə bağlı həbs edilmədiyini bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG