Accessibility links

Mehman Hüseynov: Fəaliyyətimlə Azərbaycan xalqının gözləntilərini doğrultmalıyam


Bloger: "Hökuməti bütün siyasi məhbusları azad etməyə çağırıram"
please wait

No media source currently available

0:00 0:03:54 0:00

Bloger Mehman Hüseynov həbsdən azad edildikdən sonra martın 5-də ilk mətbuat konfransı keçirib. Mətbuat konfransı blogerin yaşadığı evdə olub. Hüseynov bəyanatlarını son illər həyatını itirmiş jurnalistlərin, o cümlədən Elmar Hüseynov, Rafiq Tağı, Rasim Əlievin fotoları əks olunmuş plakatın önündə verib.

Bloger ilk olaraq həbsdə olarkən cəzaçəkmə müəssisəsində ona qarşı olan münasibətin təfərrüatlarından danışıb.

Mehman Hüseynov
Mehman Hüseynov

“Cəza müddətinin başa çatmasına iki ay qalmış məni cəzaçəkmə müəssisəsinin əməkdaşını döyməkdə ittiham etdilər. Əslində belə bir hadisə baş verməmişdi. Məni cərimə kamerasına salmışdılar və dedilər ki, prokurorluq əməkdaşları gəlib. Guya mən cəzaçəkmə müəssisəsinin əməkdaşı Əli Abdalovu döymüşəm,” bloger bildirib.

O deyib ki, bundan öncə digər siyasi məhbuslara da qarşı belə təxribatlar olub.

“Həbs müddəti başa çatmazdan öncə siyasi məhbuslar Əli İnsanova və Məmməd İbrahimə qarşı yeni ittihamlar irəli sürüblər və onları yenidən mühakimə ediblər. Odur ki, mən dərhal bildirdim ki, quru aclığa başlayıram. Ya ittiham götürüləcək, ya da öləcəyəm. Bu hərəkətimlə əslində, siyasi məhbuslara qarşı hökumətin münasibətinin dəyişməsinə nail olmaq istəyirdim,” Mehman Hüseynov deyib.

Mən dərhal bildirdim ki, quru aclığa başlayıram. Ya ittiham götürüləcək, ya da öləcəyəm.
Mehman Hüseynov, bloger

O, dekabrın 26-da quru aclığa başlayıb və maye qəbulundan imtina edib. Dekabrın 30-da blogerin halı pisləşib, huşunu itirib.

“Bundan sonra bildirdilər ki, mənə məcbur yemək verəcəklər. Ancaq o vaxta qədər mənim aksiyam ilkin nəticəsini vermişdi. Ona görə də su qəbul etməklə aksiyanı davam etdrdim,” bloger bildirib.

Yanvarın 7-dək bu cür davam edib. Bundan sonra ancaq maye süd məhsulları qəbul edib.

Prezident İlham Əliyevin adına olan müraciətə gəlincə, blogerə təklif edilib ki, nəzarətçi ilə insident baş verdiyini yazsın, peşman olduğunu, barışmaq istədiyini bildirisn.

“Mən belə müraciəti imzalamaqdan imtina etdim”, o qeyd edib.

RATİ-nin plakatı
RATİ-nin plakatı

Sonda hazırlanan müraciətdə onun günahsız olduğu bildirilib və işə obyektiv baxılması xahiş edilib.

Bir qrup hökumətyönümlü fəalın Mehman Hüseynova baş çəkməsinə və blogerin şikayətinin olmaması barədə informasiyaya gəlincə, o deyib ki, bu görüşdə ittihamın saxtalaşdırılmasından, onun və digər siyasi məhbusların azadlığa buraxılmasının vacibliyindən danışıb.

Bloger qeyd edib ki, yeni cinayət işi ilə bağlı ittihamın onun üzərindən götürülməsi Azərbaycan xalqının, vətəndaş cəmiyyəti fəallarının, müxalifətin, etiraz aksiyaları və sosial şəbəkələrdə kampaniya iştirakçılarının fəal mövqeyi sayəsində mümkün olub.

Qarşıdan Novruz bayramı gəlir. Azərbaycan hökumətini bayramqabağı amnistiya aktı qəbul etməklə və ya digər bu kimi qərarlarla siyasi məhbusları azad etməyə çağırıram.
Mehman Hüseynov, bloger

Eyni zamanda o, dəstəyə görə beynəlxalq ictimaiyyətə, ABŞ Konqresi və Senatının üzvlərinə, Avropa Parlamentinə və digər qurumlara, o cümlədən Amnesty İnternational, Sərhədsiz Reportyorlar təşkilatlarına təşəkkürünü bildirib.

Mehman Hüseynov qeyd edib ki, bloger işini, jurnalistlərin və media hüquqlarının müdafiəsi ilə bağlı fəaliyyətini davam etdirəcək. O, Azərbaycan hökumətini bütün siyasi məhbusları azad etməyə çağırıb.

“Mən siyasi məhbusların azad olunması, insan hüquqlarının müdafiəsi sahəsində və blogerlik fəaliyətimi davam etdirəcəm. Qarşıdan Novruz bayramı gəlir. Azərbaycan hökumətini bayramqabağı amnistiya aktı qəbul etməklə və ya digər bu kimi qərarlarla siyasi məhbusları azad etməyə çağırıram”, o qeyd edib.

Mehman Hüseynov 2017-ci il martın 3-də polisə böhtan atmaq ittihamı ilə həbs olunub. Buna Nəsimi rayon Polis İdarəsində işgəncələrə dair bəyanatı əsas olub.

Amnesty İnternational beynəlxaq hüquq-müdafiə təşkilatı onu “vicdan məhbusu” elan edib.

Jurnalistlər Mehman Hüseynovun mətbuat konfransında
Jurnalistlər Mehman Hüseynovun mətbuat konfransında

2018-ci il dekabrın 26-da blogerə qarşı cəzaçəkmə müəssisəsinin əməkdaşını döyməsilə bağlı yeni ittiham irəli sürülüb. Hüseynov saxtalaşdırmaya etiraz olaraq quru aclıq elan edib. Yeni həbs təhlükəsi yerli ictimaiyyətin etirazına və xaricdə tənqidlərə səbəb olub. Avropa Parlamenti Azərbaycan hakimiyyətini blogeri və digər siyasi məhbusları azad etməyə çağırıb.

Bundan sonra prokurorluq blogerə qarşı cinayət işinə xitam verib. Prokurorluğun xitam qərarı Hüseynovun prezident İlham Əliyevə müraciətindən bir gün sonraya təsadüf edib.

XS
SM
MD
LG