Accessibility links

Mehman Hüseynov: Yeni "Media Haqqında" qanun araşdırma jurnalistikasına təzyiqdir


Mehman Hüseynov
Mehman Hüseynov

Azərbaycanda jurnalistlərin etirazlarına baxmayaraq ötən il dekabrın 30-da parlament “Media haqqında" yeni qanun qəbul edib. Sənəd 9 fəsil 78 maddədən ibarətdir.

Qanunda jurnalistlərin fəaliyyətinə dair məsələlər, Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq vəsiqənin verilməsi, onlara bəzi imtiyazların müəyyənləşdirilməsi, dövlət qurumlarında jurnalistlərin akkreditasiya qaydaları, jurnalistin fəaliyyəti üçün şəraitin yaradılması və digər məsələlər əksini tapıb.

Milli Məclis
Milli Məclis

Bir çox müstəqil jurnalistlər qanunun qəbul edilməsinə etiraz edir. Video bloger, araşdırmaçı jurnalist Mehman Hüseynov da qanuna etiraz edənlərdəndir.

O deyir ki, yeni qanun müstəqil jurnalistlərə məhdudiyyətlər və yeni qadağalar gətirəcək.

Mehman Hüseynov: Yeni “Media haqqında" qanun araşdırma jurnalistikasına təzyiqdir
please wait

No media source currently available

0:00 0:07:07 0:00

“Təsirlər mütləq olacaq. Mən onu da düşündüm ki, Milli Məclis bu qanunu təsdiq edib. Hələ mən düşünürəm ki, prezident İlham Əliyev də təsdiq eləməlidir. Ondan sonra qanun qüvvəyə minir. Mən düşünürəm ki, bu proses baş verəndən sonra bu qanunla dayanmayacaqlar. Bundan sonra hüquq-mühafizə orqanlarına hansısa üstünlük verilməlidir. Başqa qanun da qəbul edilməlidir ki, hüquq-mühafizə orqanları artıq jurnalistlərin fəaliyyətinə nəzarət edə bilsin. Yəni cəza mexanizmini tətbiq edə bilsin. O gözlənilir ki, bizi, etiraz aksiyalarını çəkən, hansısa vətəndaşın şikayətlərini çəkmək istəyən jurnalistlər, onların fəaliyyətinə artıq ciddi müdaxilə olacaq. Polis tərəfindən və hüquq-mühafizə orqanları tərəfindən. Mən düşünürəm ki, artıq gələcək aylarda biz bunu görəcəyik. İndi demək bir az çətin olacaq. Çünki bu qanunu prezident də təsdiq edib. Sonra o cəza mexanizmi, hansı çətinliklər, hansı təzyiqlər bizi gözləyir onu görəcəyik"

Jurnalistlər "Media haqqında" qanun layihəsinə etiraz olaraq aksiya keçirib
Jurnalistlər "Media haqqında" qanun layihəsinə etiraz olaraq aksiya keçirib

Video bloger qeyd edir ki, “Media haqqında" yeni qanun araşdırmaçı jurnalist kimi fəaliyyət göstərənlərə müəyyən çətinliklər yaradacaq.

“Ən böyük problem elə araşdırmaçı jurnalistlər üçün olacaq. Çünki, artıq biz dövlət qurumlarından hansısa sorğunun cavabını almaq istəyəndə və ya sorğu göndərəndə bizə həmin dövlət qurumu cavab verməyə də biləcək. O deyəcək ki, sizin akkreditasiyanız varmı, lisenziyanız varmı. Dövlət sizi jurnalist kimi tanıyır ya yox. O problemlərdən sonra artıq bunlar qanuni şəkildə deyəcək ki, mən sənin kimi jurnalisti tanımıram. Mən hesab edirəm ki, ən böyük problem araşdırmaçı jurnalistlər üçün olacaq. Vətəndaş jurnalistikası ilə məşğul olan reportyorlar hansı ki, etiraz aksiyalarını çəkirlər, vətəndaşların problemini çəkirlər onları da çox ciddi problemlər gözləyir. Bu qanun bizə böyük problemlər yaşadacaq."

O, hesab edir ki, qanun son qalan xırda müstəqil medialara qarşı yönəlib, onları sıradan çıxaracaq.

“2013-2014-cu illərdə vətəndaş cəmiyyətinə qarşı da basqılar oldu. Jurnalistlərə qarşı basqılar oldu. Həbs olundular. Azadlıq radiosunun ofisi qapadıldı, Meydan Tv-nin jurnalistlərinə qarşı cinayət işi açıldı. Yəni o ilk basqı, illər əvvəl baş verib. Ondan sonra, belə dəyək, xırda müstəqil medialar qalıb Azərbaycanda. Mən düşünürəm ki, birinci növbədə Azərbaycan hakimiyyəti hansısa ciddi hadisələrə hazırlaşır. İkinci növbədə isə bu hadisələrin mətbuatda çox yer almağının qarşısını almaq üçün onlar yerdə qalan müstəqil və azad mətbuatı tam məhv eləmək istəyir. Sırf buna görə də bu qanunu qəbul ediblər. Bu qanundan sonra artıq bir çox müstəqil mətbuat orqanlarında ciddi problemlər olacaq.”

Mehman Hüseynov “ Media haqqında" yeni qanun layihəsinin qəbul edilməsinə baxmayaraq, jurnalist fəaliyyətini əvvəlki qaydada davam etdirəcəyini vurğulayıb.

“Biz neyləməliyik? Yenə deyirəm, jurnalist əgər öz ideyalarına, prinsipiallığına, öz fikirlərinə, öz işinə hörmətlə yanaşırsa, şər-böhtan olmadan, heç kimə qara yaxma kampaniyası aparmadan xalqa doğru düzgün məlumatları çatdırmaq niyyəti varsa hər bir jurnalist, hər bir mətbu orqan öz işini davam edəcək. Mən özümdən danışa bilərəm. Mən bilmirəm ki, digərləri necə yanaşacaqlar. Biz buna qərar vermişik ki, mən əvvəl fəaliyyətimi necə davam elətdirmişdimsə indi də o istiqamətdə davam elətdirəcəm. Mənə nə hökümətin lisenziyası lazımdır, nə akkreditasiyası, nə icazəsi. mənim öz müstəqil fikrim var. Mənim öz ağlım var. Mən heç kimə şər-böhtan atmıram. Heç kimə qarşı qara kampaniya aparmıram. Mən düşünürəm ki, xalqa doğru məlumatlar çatdırıram. Bunu da qanun çərçivəsində edirəm.

Azərbaycan rəsmiləri deyilənlərin əksini düşünür

Azərbaycan rəsmiləri hesab edir ki, qanun medianın müstəqilliyini, söz azadlığını qoruyur və ona qarşı, xüsusən də sosial şəbəkəyə hər hansı bir cəza və məhdudiyyət çərçivəsi tətbiq etməyəcək.

Bakının mənzərəsi (view of Baku)
Bakının mənzərəsi (view of Baku)

Rəsmi qurumlar ölkədə media azadlığının tam təmin edildiyini, plüralizm üçün hər cür şəraitin yaradıldığını bildirir.

Bununla yanaşı media ilə bağlı monitorinqlərə görə, son bir ildə böhtan və təhqirlə bağlı iyirmidən çox jurnalist məhkəməyə verilib. Jurnalistlərə qarşı otuzdan çox insident qeydə alınıb. Ölkənin iki jurnalisti münaqişə bölgəsində mina partlayışı nəticəsində həlak olub.

Beynəlxalq təşkilatların gözündə Azərbaycan

“Sərhədsiz Reportyorlar” mətbuata dəstək təşkilatının dünya üzrə 2021-ci ilin Mətbuat Azadlığı İndeksində göstərlir ki, bu indeks üzrə Azərbaycan ötən ilə nisbətdə bir pillə irəliləyərək 180 ölkə arasında 167-ci yerdə qərarlaşıb. Lakin, yerli və beynəlxalq ekspertlər Azərbaycanda medianın vəziyyətinin daha ağır olaraq qaldığını düşünür. Onlar hesab edir ki, Azərbaycanda uzun illərdir bir sıra müstəqil media qurumlarına qarşı təzyiq kampaniyaları davam etdirilir.

Jurnalistləri Müdafiə Komitəsinin məlumatına görə, Azərbaycanda ümumilikdə 5 jurnalist öldürülüb. Hazırda 4 jurnalist həbsədədir. Ölkədə beynəlxalq media təşkilatı olan AzadlıqRadiosunun Bakı bürosu 2014-cü ilin dekabrından bağlanıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski Rusiyanın hücumu fonunda Xarkivə səfər edib
please wait

No media source currently available

0:00 0:12:03 0:00
XS
SM
MD
LG