Accessibility links

Mehman Hüseynov sərbəst buraxılıb (Yenilənib-3) [Video]


Mehman Hüseynov
Mehman Hüseynov

Video rolik prezidentliyə namizədlərin debatından bəhs edir

Bloger Mehman Hüseynov 6 saat Respublika Prokurorluğunda saxlandıqdan sonra sərbəst buraxılıb.

Hüseynov Amerikanın Səsinə deyib ki, onu prokurorluqda sosial şəbəkələrdə yaydığı “300 spartalı” video roliki ilə bağlı sorğu-sual ediblər.

"Respublika Prokurorluğunda bildirdilər ki, rolikdə Cəmil Həsənli deyib ki, hakimiyyət getməlidir. Burada çağırış var, qanunvericiliyə uyğun deyil", o qeyd edib.

Mehman Hüseynov onu da deyib ki, prokurorluq onun sosial şəbəkələrdə fəal olduğunu xatırladıb və bunu nəzərə almasını diqqətinə çatdırıb.

"Onlara dedim ki, blogerəm, siyasi satira ilə məşğulam, sosial şəbəkələrdə yerləşdirdiyim satira xarakterli roliklər sadəcə multipikasiyadır. Orada hər hansı bir çağırış və digər məqsədim yoxdur", bloger deyib.

O, prokorluqda 6 saat saxlanmasını özünə təzyiq kimi qiymətləndirir.

Bloger prokurorluğun əməkdaşına prezident İlham Əliyevin "Azərbaycanda söz və internet azadlığı var" sözlərini də xatırladıb.

---------------------------

Sosial şəbəkələrdə yayılmış cinayət xarakterli məlumatların araşdırılması məqsədi ilə Reportyorların Azadlıq və Təhlükəsizlik İnistutunun əməkdaşı Mehman Hüseynov izahatının alınması üçün Baş Prokurorluğa dəvət edilib.

Bu barədə Respublika Prokuroroluğunun mətbuat xidmətinin məlumatında deyilir.

Mətbuat xidmətinin məlumatına görə, hazırda müvafiq araşdırmalar davam etdirilir.

Fotoreportyor, bloger Mehman Hüseynov bu gün səhər saatlarında 3 nəfər mülki geyimli şəxs tərəfindən tutularaq Respublika Prokurorluğuna aparılıb. Hazırda ondan izahat alınır. Vəkil dindirilməyə buraxılmayıb.

Vəkilin sözlərinə görə, bloger sosial şəbəkələrdə yaydığı “300 spartalı” video rolikinə görə saxlanıb.


----------------------------------

AXCP bloger Mehman Hüseynovun azadlığa buraxılmasını tələb edir

Azərbaycan Xalq Cəbhəsi Partiyası gənc fəal, bloger Mehman Hüseynovun oğurlanaraq, hüquq mühafizə orqanları tərəfindən təzyiqə məruz qalmasını şiddətlə pisləyir. Bu barədə AXCP-nin bəyanatında deyilir.

Partiya hesab edir ki, Mehman Hüseynovun saxlanma forması, ona vəkil ilə təmas yaratmasına imkan verilməməsi özbaşınalıq və kobud qanun pozuntusudur.

“AXCP baş verənləri azad və tənqidi düşüncəyə qarşı növbəti zorakılıq kimi dəyərləndirir”.

AXCP hakimiyyətdən tələb edir ki, növbəti səhv etməkdən özünü saxlasın və Mehman Hüseynov sərbəst buraxılsın.

“AXCP hakimiyyəti məsuliyyətini dərk etməyə, hüquq və azadlıqlara hörmət bəsləməyə çağırış edir”, sənəddə qeyd edilir.

Fotoreportyor Mehman Hüseynovun saxlanmasının səbəbləri bəlli olub. O “300 spartalı” video rolikinə görə saxlanıb.

Vəkil Elçin Sadıqov Mehman Hüseynovu müdafiə etmək üçün orderinin, etibarnaməsinin olmasına baxmayaraq dindirilməyə buraxılmayıb.

“Mehman Hüseynov Respublika Prokurorluğunun inzibati binasındadır. Onu dindirən özünü mənə təqdim etməyən prokurora orderimi və etibarnaməmi təqdim etdim. Amma prokuror məni dindirmədə iştirak etməyə buraxmadı”, vəkil Sadıqov Amerikanın Səsinə bildirib.

Vəkil Mehman Hüseynovun sosial şəbəkələrdə yaydığı “300 spartalı” video rolikə görə saxlandığını bildirib. Video rolik prezidentliyə namizədlərin televiziyadakı debatlarından bəhs edir.

Respublika Prokurorluğundan blogerin saxlanması ilə bağlı açıqlama almaq mümkün olmayıb. Mətbuat Xidməti saxlanma ilə bağlı məlumat veriləcəyini bildirib.

---------------------------------
Oktyabrın 2-də Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) əməkdaşı, fotoreportyor, blogger Mehman Hüseynov saxlanılıb.

RATİ-dən Amerikanın Səsinə bildiriblər ki, səhər saatlarında mülki geyimli üç şəxs ofisə gəlib və Mehman Hüseynovla görüşmək istədiklərini bildiriblər.

Mehman Hüseynov ofisdən çıxanda həmin mülki şəxslər özlərini təqdim etmədən onu “Toyoto - Prado” markalı avtomobilə mindirib aparıblar.

Mülki geyimli şəxslərMehman Hüseynovu Bakı şəhər Baş Polis İdarəsinə apardıqlarını deyiblər.

Vəkil Elçin Sadıqov isə Amerikanın Səsinə Mehman Hüseynovun Respublika Prokurorluğunun inzibatı binasına aparıldığını təsdiqləyib.

“Onun saxlanma səbəbləri hələ bəlli deyil. Ancaq notebook-unu və telefonunu istəyiblər”, vəkil bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Donald Tramp ABŞ-ın 47-ci prezidentidir
please wait

No media source currently available

0:00 0:11:09 0:00
XS
SM
MD
LG