Accessibility links

Türk dizayneri Mehmet Köymen Nyu Yorkda geyim kolleksiyasını nümayiş etdirib


Türk dizayneri Mehmet Köymen Nyu Yorkda geyim kolleksiyasını nümayiş etdirib
Türk dizayneri Mehmet Köymen Nyu Yorkda geyim kolleksiyasını nümayiş etdirib

"Sultanın Kolleksiyası" Türkiyə qadınlarına həsr edilib

Türkiyənin moda dizayneri Mehmet Köymenin Nyu Yorkda Metropoliten pavilyonunda “Sutanın kolleksiyası” adlı geyim kolleksiyası nümayiş etdirilib. Moda şousu Türkiyənin Nyu Yorkdakı Baş Konsulluğu və Amerika Türk Qadınlar Birliyinin dəstəyi ilə həyata keçirilib. Tədbirdə Türkiyənin Nyu Yorkdakı Baş konsulu Mehmet Samsar, Nyu York və Nyu Cersidə yaşayan türk icmasının üzvləri, amerikalı qonaqlar iştirak ediblər.

“Sultanın kolleksiyası” Türkiyə qadınlarına həsr edilib. Dizayner deyib ki, kolleksiya uğur qazansa, gələn il də bu mövziya üz tutacaq. Mehmet Köymen əlavə edib ki, gələn il kolleksiyanın bütünlüklə türk manekenleri tərəfindən nümayiş etdirilməsinə çalışacaq.

Tədbirdən və kolleksiyanın satışından əldə ediləcək gəlir Amerikada türk uşaqların təhsil aldığı Atatürk məktəbinə veriləcək. Mehmet Köymen kolleksiyasını prestijli Manhettendə göstərə bilməsindən böyük qürur duyduğunu bildirib.

Mehmet Köymenin "Şəhrizad" kolleksiyasına aşağıdakı videoda baxa bilərsiniz.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG