Accessibility links

Güneyli fəal Mehrdad Şeyxi saxlanılıb


İran Azərbaycanının Ərdəbil şəhəri sakini olar fəal Mehrdad Şeyxi təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

HRA agentliyinə istinadən, yanvarın 8-də İnqilab Məhkəməsinin İkinci şöbəsinə gedən Ərdəbil sakini türk fəal Mehrdad Şeyxidən xəbərsizlik davam edərkən bu gün, yanvarın 13-də ailəsi ilə qısa bir telefon danışığında Ettelaat İdarəsində saxlanıldığı haqda məlumat verib.

Şeyxi məhkəmə tərəfindən aldığı məktuba əsasən müdafiəsini təqdim etmək üçün çərşənbə günü səhər Ərdəbilin İnqilab Məhkəməsinin ikinci şöbəsinə gedib və o gündən evə qayıtmayıb, buna görə ailəsi onun həbs olunduğu qənaətinə gəlib.

Bu müddət ərzində cənab Şeyxinin ailəsisi məhkəmə orqanlarına müraciət edərək onun vəziyyəti barədə məlumat əldə etməyə çalışsalar da, məhkəmə məsulları onun haqda məlumat verməkdən imtina edib.

Ərdəbilli fəal qısa telefon danışığında həbs olunmasının səbəbini ailəsinə izah etməsinə izin verilmədən telefon kəsilib.

Ərdəbilli fəal Şeyxi ötən ilin noyabrın 20-də təhlükəsizlik qüvvələri tərəfindən atasının evində tutulmuşdu. O, 11 gün sonra 30 milyon tümən müqabilində sərbəst buraxılmışdı.

XS
SM
MD
LG