Accessibility links

Mehri Cəfəri: Kəndli qadının taleyi ilə bağlı şəhərli kişi qərar verir


Mehri Cəfərinin sözlərinə görə, İran hakimiyyəti qadınların problemlərini çözmək üçün heç bir addım atmamaqla bərabər, qadını sistemli şəkildə ictimaiyyətdən kənarlaşdırmağa çalışır.

Mehri Cəfəri Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:14:50 0:00

Amerikanın Səsinə danışan hüquqşünas Ərdəbil vilayətinin kəndlərində qadınların məşğulluq vəziyyətini şərh edib.

“İranın kəndlərində əkinci qadınların vəziyyəti çox bəlli deyil. Rəsmi statistik məlumatlarda əkinci qadınların bir çoxu ev xanımı olaraq qeyd edilir. Gənc və ya subay qadınların vəziyyəti də yaxşı göstərilmir. Calışan qadının mənası aydın şəkildə müəyyən olmayıb,” Mehri Cəfəri söyləyir.

Hamısı çalışır. Hamısının da işinin adı əkinçilikdir... Niyə bunların işi hesaba gəlmir? Ona görə ki kişidən asılı olan biri kimi hesab olunur...

O, bu qeyri-müəyyənlik səbəbilə kəndli qadının öz əməyinin haqqını ala bilmədiyini vurğulayır:

“Məsələ budur ki, qadın özü əsasən əkinci olur. Kəndin içində işin çoxunu qadın görür. Əlavə olaraq evin eşini, və bütün o məsuliyyətlər ki qadının boynundadır, hamısını edir. Amma onun əmək haqqı hara gedir? Bu məlum deyil.”

Hüquqşünas deyir, “həqiqət budur ki, qadın burada kişi ilə şərikdir. Bəlkə də qadının səhmi daha çox olmalıdır... Amma orada kişi işəgötürən rolunu oynayır. Qadına şərik gözü ilə baxmır, işəgötürən gözü ilə baxır.”

O, dövlətin bu məsələni çözmək istiqamətində heç bir proqramı olmadığını ifadə edir.

“Qadınların statusu açıqlanmır. İşləyən kimdir? İş axtaran kimdir? Bunlar məlum olmur. Məsələn rəsmi statistik məlumatlarda Ərdəbil kəndlərində çalışan qadınların sayı təqribən 16,000, iş axtaranların sayı isə təqribən 2,800 qeyd edilib. Halbuki, bizim vilayətdə 188,000 çalışa bilən yaşda olan kəndli qadınımız var. Bəs qalanlar harada?” deyə Cəfəri rəsmi rəqəmləri sorğulayır.

Burada iki cür bərabərsizlik var. Birincisi, şəhərin kənd əhalisi üzərindəki hakimiyyəti... İkincisi də budur ki, şəhərdə də qərarları kişilər verir.

Mehri Cəfəri bu kəndlərdə əkin sahələrində çalışmayan qadınların sayının çox az olduğunu önə çəkərək deyir, “hamısı çalışır. Hamısının da işinin adı əkinçilikdir... Niyə bunların işi hesaba gəlmir? Ona görə ki, kişidən asılı olan biri kimi hesab olunur. İşləyirlər, amma bu onların öz işi hesab olunmur.”

Qadınların qərarverici mövqelərdə olmadığına işarə edən hüquqşünas hesab edir ki, İranda hakimiyyət qadınları sistemli şəkildə ictimaiyyətdən kənarlaşdırır.

Onun sözlərinə görə, kəndli qadınların taleyi ilə bağlı şəhərli kişilər qərar verirlər.

“Burada iki cür bərabərsizlik var. Birincisi, şəhərin kənd əhalisi üzərindəki hakimiyyəti. Kəndli şəhərdəki müdirin hazırladığı proqramı qəbul edib, gözüm üstə deməlidir. Bir şey istəyəndə gedib şəhərdəkilərə yalvarmalıdır. İkincisi də budur ki, şəhərdə də qərarları kişilər verir. Keçən ilin rəsmi rəqəmlərinə baxanda, Ərdəbil vilayətinin dövlət qurumlarında sadəcə 4 qadın müdir var. Ərdəbildə 130 dövlət qurumu var. Bu qurumların hər birində bir çox müdirlik var. Bunların sadəcə dördünün başında qadın var,” deyə Mehri Cəfəri əlavə edir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG